29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Zets: “Bu qələbə çox vacib idi”

Azərbaycan Premyer Liqasının XX turunda “İnter”lə qarşılaşan “Qəbələ” mövsümün ikinci yarısında ilk qələbəsini qazanıb. Futbolxeber.az-ın məlumatına görə, səfər oyununda hesabına 3 xal yazan komandanın 1:0 hesablı qələbəsi Ermin Zetsin qolu sayəsində gerçəkləşib. Bosniya və herseqovinalı hücumçu görüş haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Son turlarda qalib gələ bilmədiyimizdən bu qələbə bizim üçün çox vacib idi. 3 xal qazanmaq vəzifəsinin öhdəsindən gəldik. “İnter” çox yaxşı komandadır. Onlara qarşı oynamaq həmişə çətindir. Bu matç da ağır oyun oldu. Amma yaranan qol imkanından istifadə edib, qalib gələ bildik. Komanda şəklində mübarizə aparıb, öz oyunumuzu nümayiş etdirdik. Qarşıdakı görüşlərdə də sonadək mübarizə aparacağıq. Fikrimcə, bu qələbə komandamız üçün yeni uğurların başlanğıcı olacaq. Düşünürəm ki, “İnter”i məğlub etməklə qələbə seriyasına başladıq. Bunun davamını gətirmək üçün əlimdən gələni etməyə, hər matçda qol vurmağa çalışacağam. Təbii ki, əsas 3 xal qazanmağımızdır. Qələbə qolunu vurduğum üçün sevinirəm. Lakin daha vacib olan qələbəmiz idi. Qol epizoduna gəlincə, həmin vaxt topun tirdən dönüb, mənə düşəcəyini gözləmirdim. Amma top ayağıma düşəndən sonra yalnız ona dəqiq zərbə vurmaq haqda düşündüm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31