28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Arif Daşdəmirov: “Qəbələ”nin iddiası qüvvədə qalır, məqsədimiz çempionluqdu”

“Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirov Futbolxeber.az saytına müsahibə verib.

- “İnter”lə oyunda “Qəbələ” qələbə həsrətinə son qoydu. 1:0 hesablı qələbəni necə şərh edərdin?

- Çətin oyun alındı. İnter yaxşı formadadı. Hava şəraiti də oyunumuza təsir göstərdi. Deyərdim ki, bərabərsəviyyəli oyun keçdi. Əvvəldən də düşünürdüm ki, hesabı açan tərəf qələbə qazanacaq. Bunu da biz bacardıq. Qalib gəlməliydik. Şadam ki, sonda 3 xal qazana bildik.

- Nəticə aydındı. Bəs “Qəbələ”nin oyunu səni qane etdi?

- Normal oyun göstərdik. Əvvəlki qarşılaşmayla müqayisədə oyunumuz bu dəfə daha yaxşı alındı. Hava şəraiti də çətin idi. Hiss olunur ki, komanda yavaş-yavaş özünə gəlir. Amma bundan sonra daha çox çalışmalıyıq.

- Matçdan öncə komandada psixoloji durum necə idi? Çünki son yenilgidən sonra xeyli tənqid olunmuşduz.

- Tənqidlər var idi. Amma son günlər toparlandıq. Öz aramızda söhbətlər də apardıq. Bilirdik ki, mütləq qalib gəlməliyik. Hamı bunu başa düşürdü. Hər kəs də bütün gücünü meydanda qoydu, qələbə üçün əlindən gələni etdi.

- Adətən “qara zolaq”dan çıxmaq üçün 1 qələbəyə ehtiyac duyulur. “Qəbələ”nin bu qələbədən sonra özünə gələcəyini söyləmək olar?

-  Bunu indidən demək çətindi. Hər şey Allahın əlindədi. Biz işimizi düzgün qursaq, nəticə də gələcək.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız.

- “Sumqayıt” yaxşı komandadı. Qış fasiləsində də heyətlərini gücləndiriblər. Oyun asan keçməyəcək. Rəqib də qalib gəlmək istəyəcək, biz də. Aydın məsələdir ki, 3 xalı qazanmaq üçün çalışacağıq. Ev oyununda mütləq qalib gəlməliyik.

- Artıq “Qəbələ” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. Mövsümün sonunda hansı pilləyə sahib çıxmağa ümid edirsiz?

- Məqsədimiz çempionluqdu. Bunun üçün hər oyunda qalib gəlməliyik. Sona qədər mübarizəmizi davam etdirəcəyik.

- Yəni, çempionluq hədəfi qüvvədə qalır?

- Təbii ki. “Qəbələ”nin məqsədi mövsümün sonunda çempion olmaqdı. Bunun üçün əlimizdən gələni edəcəyik.

- “İnter”lə oyunda qapıda Bezotosnı dayanmışdı. Düşünmək olar ki, məhz onun start heyətində olması komanda üçün daha faydalıdı?

- Komandada bütün oyunçular eynidi. Məşqçi kimin oynayacağına qərar verir. Son yenilgiyə görə təkcə Popoviçi günahlandırmaq olmaz. Biz “Kəpəz”ə komanda olaraq uduzduq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31