25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi”nin sabiq kapitanı: “Bizim vaxtımızda komanda birliyin sayəsində uğur qazanırdı”

“Sadıq Sadıqovun “Neftçi”də prezident olduğu dövrdə qidalanma ilə bağlı hər hansı problem olmayıb. Amma bu barədə geniş danışmağı düzgün saymıram. Çünki bu cür məsələləri mətbuatda müzakirəyə çıxarmaq yaxşı deyil”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin sabiq kapitanı, 2 dəfə “ağ-qaralar”la birlikdə ölkə çempionu olmuş Rail Məlikov deyib.

Təcrübəli futbolçu qeyd edib ki, ovaxtkı “Neftçi”nin uğur qazanmasında komandadakı birliyin, daxili ab-havanın böyük rolu olub: “Mətbuatda yazılanları oxuyuram. Amma yenə deyirəm ki, belə xırda məsələləri mətbuata çıxarmağı düzgün hesab etmirəm. Futboldan danışmaq lazımdı. Azarkeşə nəticə maraqlıdı. Nəticə olmayanda artıq digər məsələlərə keçirlər. Mən “Neftçi”də çıxış etdiyim dövrdə komandada əla atmosfer vardı. Elə komanda həmin birliyin sayəsində uğur qazanırdı. Birlik olmayandan sonra necə uğur qazanmaq olar? Həmin “Neftçi” çox güclü idi. Amma indiki komanda daha çox futboldankənar məqamlarla gündəmə gəlir. Bu isə yaxşı hal deyil. “Neftçi”nin indiki durumu göz önündədi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30