16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ”dan 87-ci böyükhesablı qələbə

Ağdamın “Qarabağ” klubu mövsümdə 3-cü böyükhesablı qələbəsini qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri ev oyununda “Xəzər Lənkəran”ı 3 cavabsız qolla keçib. Cari mövsümdə VIII turda “Zirə”ni 4:1, XIII turda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən ağdamlılar ən azı 3 top fərqilə olan qələbələrin sayını 3-ə çatdırıb. Bununla da “Qarabağ” uğursuz seriyaya da son qoyub. Belə ki, çempionatın lideri XV turun “İnter”lə dekabrın 6-da keçirilən oyunundan (1:0) sonra 4 tur idi qalib gələ bilmirdi. 62 gündən sonra qələbə qazanan çempion bu müddətdə 3 heç-heçə edib, 1 dəfə uduzmuşdu. Bu, “Qarabağ”ın ölkə çempionatları tarixində 87-ci böyükhesablı qələbəsidir. Ağdam klubu bu göstəricidə yalnız “Neftçi” (116) və “Kəpəz”dən (92) geri qalaraq, 3-cü pillədə qərarlaşıb. Ölkə çempionatları tarixində ən çox böyükhesablı qələbə qazanan 10 komanda arasında “Turan” (59), “Bakı” (52), “İnter” (45), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” S (31) və “Viləş” (22) də yer alıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30