23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elvin Məmmədov: "Bütün gücümüzü meydanda qoyduq və qalib gəldik”

“Zirə”nin yarımmüdafiəçisi Elvin Məmmədov Premyer Liqanın XX turunda “Sumqayıt” üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib. Futbolxeber.az saytına açıqlamasında təcrübəli futbolçu deyib: “Oyun çətin alındı. III dövrə təzə başlayıb. Fasilədən sonra mübarizəyə tam gücünlə qoşulmaq asan deyil. Bununla belə, komandamız bütün gücünü meydanda qoydu və qalib gəldi”.

28 yaşlı futbolçu avrokuboklara vəsiqə qazanmaq istədiklərini bildirib: “Rəhbərlik qarşımıza şərt qoymayıb ki, birinci və ya ikinci yeri tutmalıyıq. Biz öz oyunumuzu oynayırıq. Avrokuboklarda oynamaq istəyirik. Hazırdı ikinci pillədəyik. Burada özümü yeni futbolçu kimi hiss etmirəm. "Zirə"yə bacardığım qədər kömək etməyə çalışıram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30