23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Məqsədimiz AZAL-la oyunda üç xal götürməkdir”

Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz”  Gəncə şəhər stadionunda AZAL-ı qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, qarşıdakı oyun öncəsi “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev kapazpfc.az saytına açıqlama verib. Müdafiəçi komandasını çətin matçın gözlədiyini bildirib: “Deyərdim ki, AZAL-la oyun “Qəbələ” matçından daha çətin olacaq. Bölgə klubuna da qarşı zəif oynamadıq. Sadəcə, güclü, iddialı komandalara qarşı motivasiya başqa cür olur. AZAL da yaxşı komandadır. Bizim kimi onların da Avroliqaya getmək şansı var. Turnir cədvəlində də bizdən çox da uzaqda deyillər. Aramızda xal fərqi azdır”.

Əvvəlki iki dövrədə keçirilən “Kəpəz” - AZAL oyunlarında fərqli nəticələr qeyd alınıb. Gəncədə Bakı təmsilçisini 1:0 hesabı ilə məğlub edən “sarı-göylər” paytaxtda reallaşmış oyunda 1:1 hesablı heç-heçə etmişdi: “Həm biz, həm də rəqib meydana qələbə üçün çıxacaq. Onlar da səfərə xal aparmağa gələcəklər. “Qəbələ” ilə oyundakı uğurlu startımızı davam etdirmək istəyirik. Razıyam ki, bizə çox çətin olacaq. Ancaq qələbə qazanmalıyıq. Bu oyun bizə hava-su kimi lazımdır. Doğma stadion və azarkeş amili xeyrimizədir. Odur ki, məqsədimiz üç xal götürməkdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30