29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Günü gündən məhv olan “Neftçi” YAZI

VERİN, OLİMPİYA STADİONUNU “NEFTÇİ”YƏ VERİN, AMMA EHTİYAT MEYDANÇANI

Son günlər mətbuatda adı ən çox hallanan klub “Neftçi”di. Amma vəziyyət elə gətirib ki, “ağ-qaralar” yenə də qazandığı uğurlu nəticələrlə deyil, meydandan kənar amillərlə gündəmi zəbt edib. Hazırda klubun sabiq və indiki rəhbərliyi arasında “yemək davası” gedir. Sual belədi ki, kimin dövründə yeməkxanada daha çox adam qidalanıb? Əslində, Sadıq Sadıqovun son açıqlamalarından sonra məsələyə nöqtə qoymaq olardı. Amma məsələ acı bağırsaq kimi uzanır. Belə getsə, sabah da “hansı rəhbərliyin dövründə daha çox salfetka işlənib” sualı ətrafında mübarizəyə start veriləcək. Ən böyük həqiqəti elə “Neftçi”nin sabiq prezidenti deyib. O vaxt da, indi də yeməkxanada qidalananlar da, klubdan evinə çörək aparanlar da bunu SOCAR-ın sayəsində ediblər. Nə Sadıq Sadıqov “Neftçi”yə cibindən pul xərcləyib, nə də Çingiz Abdullayev.

Hazırkı klub rəhbərliyi hər açıqlamasında “xalqın komandası”, “Neftçi” brenddi” ifadələrini səsləndirməkdən yorulmurlar. Amma “xalqın komandası”nın, “brend”in belə məsələlərlə gündəmə gəlməsi utancvericidi. Gör, “xalqın komandası”nı nə günə qoyublar ki, yemək davası gedir...

DÜNƏNKİ BİABIRÇILIĞIN HESABATINI KİM VERƏCƏK?

Baş qarışıq yemək davasına, “Neftçi” yaddan çıxıb. “Ağ-qaralar” o qədər bərbad durumdadır ki, öz meydanında “Rəvan”ı da uda bilmir. “Rəvan”a hər nə qədər hörmətlə yanaşsaq da, reallıq budur ki, “Neftçi” bu komandanı udmağa borcludu. Axırıncı pillədə gedən komandanı da uda bilməyəndən sonra “Neftçi” daha kimi udacaqlar? “Neftçi” olub sıradan bir komanda.

Başa düşdük, neftin qiyməti düşüb, komandanın Mpenzaya 1 milyon manatdan çox verəcəyi var. Amma bu gün Premyer Liqada “Qarabağ” və “Qəbələ”dən başqa hansı komandada maliyyə problemi yoxdu ki? Guya “İnter”in, AZAL-ın, Kəpəz” in futbolçuları yağ-bal içində üzür? “Rəvan”ın oyunçuları neçə aydı maaş almırlar. Amma çıxıb “Neftçi”dən daha yaxşı oynayırlar. Klub rəhbərliyi, futbolçular hər dəfə söz düşəndə maliyyə ilə bağlı klubda hər hansı problemin olmadığını, maaşlarını vaxtı vaxtında aldıqlarını bildirirlər. Belədə niyə oynamırlar? Niyə “Neftçi” zəlil gününə düşüb? Dünənki biabırçlığın hesabatını kim verəcək?

MÜŞAHİDƏ ŞURASI KLUBU İDARƏ ETDİKDƏN SONRA “NEFTÇİ”NIN HANSI UĞURU OLUB?

Faktiki “ağ-qaralar” uçuruma doğru gedir. Müşahidə Şurası klubu idarə etdikdən sonra “Neftçi”nin hansı uğuru olub? Çingiz Abdullayev ölkə kubokunda final oynamalarını uğur saya bilər, amma biz yaxşı bilirik ki, “Neftçi”nin ikinci yerlə 7-ci yer tutması arasında böyük fərq yoxdu. Yox, “Neftçi”nin nüfuzuna, adına uyğun olmayan komandalarla birgə iştirak edib, qalib olduğu televiziya kubokundakı nəticəni uğur sayırsınızsa, onda daha deməyə söz yoxdu.

3 gündü bu suala cavab tapa bilmirik. Müşahidə Şurası gələndən sonra “Neftçi”nin hansı uğuru olub? Çingiz Abdullayev bu gün Azərbaycanı dünyada tanıdan azsaylı ziyalılarımızdan biridi. Bunu heç kim danmır, dana da bilməz. Lakin reallıq budur ki, Abdullayevin rəhbərlik etdiyi dövrdə “Neftçi” uğur qazana bilmir. Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasının sədri təyin olunduğu gün SOCAR-ın binasında AFFA prezidenti Rövnəq Abdullayev maraqlı fikir səsləndirmişdi: “Çingiz bəy dedi ki, Olimpiya stadionunu verin “Neftçi”yə. Mənsə dedim ki hələ “Bakcell Arena”nı doldurun, sonra keçərsiz Olimpiya Stadionuna”... Rövnəq bəy, verin, Olimpiya Stadionunu “Neftçi”yə verin, amma ehtiyat meydançanı. “Neftçi” yəqin ki, oradakı tribunanı doldurar. Dünən “Rəvan”la oyunu 200 nəfər izləyib.

KİMƏ LAZIMDI QOL VURA BİLMƏYƏN LEGİONER HÜCUMÇU?

Hazırkı rəhbərliyin dövründə komandaya gətirilən legionerlərdən hansı “Neftçi”yə fayda verib? Peskoviç artıq komandadan göndərilib. Braziliyalı müdafiəçilər arada Jaironun vurduğu 2-3 qolu saymasaq, onlar da ciddi heç nə ilə yadda qalmayıblar. Anyete isə hələ də “Neftçi”nin heyətində rəsim oyunlarda qol vura bilməyib. Qol vura bilməyən legioner hücumçunu nəyə görə saxlayırlar komandada?

Suallar çoxdu. İmkan olsaydı, onu da soruşardıq ki, “Fluminense” ilə əməkdaşlığın axırı nə oldu? 4 ay əvvəl braziliyalı klub rəsmisi gəldi Bakıya. Yedi, içdi, gəzdi, çıxdı getdi. 4 ay keçib və bu haqda danışan yoxdu. Suallar çoxdu. Təəssüf ki, suallara cavab verəcək şəxs yoxdu. Klubun uğursuzluğuna görə kim hesabat verəcək?

Futbolxeber.az

P.S. Azərbaycan futbolunun bədbəxtçiliyi ondadır ki, klubları “biz Almaniyadan hücumçu gətirə bilmərik, çünki ispan modelinə üstünlük veririk” deyən şəxslər idarə edir...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31