18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Roman Qriqorçukun komandasından 3 qollu qələbə

Azərbaycan Premyer Liqasının XX turunun “İnter”lə səfər qarşılaşmasına hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib. Futbolxeber.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri klubun U-19 komandasını sınağa çəkib. Qəbələ şəhər stadionunda keçirilən görüşə əsas komanda aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Vojislav Stankoviç, Rafael Santos, Məhəmməd Mirzəbəyov, Aleksey Qay, Elvin Camalov, Rəşad Sadiqov, Rəşad Eyyubov, Dodo, Ermin Zets.

Fasilədən sonra bütün heyəti dəyişən Qriqorçuk fərqli “11-liy”ə şans verib. Bu dəfə meydana aşağıdakı futbolçular daxil olub: David Pietrzkieviç, Ürfan Abbasov, Vitali Vernidub, Bəhlul Mustafazədə, Pavel Paşayev, Vadim Abdullayev, Qismət Alıyev, Asif Məmmədov, Samir Zərgərov, Rikardinyo, Emerson Brito.

Yoxlama oyununun ilk 45 dəqiqəsində iki qol vurulub. Əsas komanda 1-ci hissənin ilk yarısında rəqibinin qapısına yol tapmağı bacarıb. Hər iki topu braziliyalı futbolçular rəqib qapısından keçirib. 15-ci dəqiqədə Rafael Santos hesabı açıb. 5 dəqiqə sonra isə Dodo fərqi artırmağa nail olub. Oyunun ikinci hissəsində Qriqorçukun yetirmələri U-19-un qapısına daha bir dəfə yol tapıb. 65-ci dəqiqədə Asif Məmmədov fərqi 3-ə çatdırıb. Bu, qarşılaşmada son qol olub - 3:0.

Bu gün bərpaedici hazırlıqla kifayətlənəcək “Qəbələ” fevralın 6-da Bakıya yollanacaq. “Qırmızı-qaralar” Premyer Liqada növbəti oyununu fevralın 7-də, paytaxtda “İnter”ə qarşı keçirəcək (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30