24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elvin Məmmədov: “Niyə də “Zirə” avrokuboklarda oynamasın?”

“Zirə”nin yeni transferlərindən olan Elvin Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Üçüncü dövrənin ilk turunda “Inter” üzərində qələbəyə sevindiz. 2:1 hesablı qələbə barədə nə deyə bilərsən?

- Çətin oyun oldu. Matçi iki hissəyə bölmək olar. Birinci hissədə rəqib bizdən daha yaxşı görünürdü. Amma fasilədən sonra matçın gedişi dəyişdi, biz üstünlüyü ələ aldıq. Ümumi götürdükdə, yaxşı çıxış etdik. Qələbə bizə çox lazım idi. Çünki turnir cədvəlinin yuxarı hissəsində sıxlıq var. Çalışacağıq ki, bundan sonra da qələbələrimizin davamı gəlsin.

- Bu, “Zirə”nin heyətində ilk rəsmi matçın idi. Öz oyununu necə dəyərləndirərdin?

- Bu haqda danışmağım düz çıxmaz. Yaxşı olardı ki, baş məşqçimiz, mütəxəssislər, jurnalistlər çıxışıma qiymət versinlər. Mən hər zaman oyunumdan narazıyam. Daim tənqidlərə açıq olmuşam. “Zirə”dəki ilk oyunumda qələbə qazandığımız üçün şadam. Lakin oyunumdan tam razı qalmadım.

- Matçın hakimliyini necə qiymətləndirirsən? Çünki oyunun gedişində komanda yoldaşların 2 dəfə çox sərt şəkildə hakimdən penalti tələb edirdilər...

- Birinci epizodda penalti yox idi. Təmkin Xəlilzadənin epizodunda hakim düzgün qərar qəbul etdi. Həqiqətən də penalti deyildi. Amma Nicat Qurbanov qapıya zərbə endirdiyi epizodla bağlı dəqiq söz demək çətindi. Çünki həmin anda sıxlıq idi, epizodu dəqiq görmək mümkün deyildi.

- Yeni komandana artıq tam uyğunlaşa bilmisən?

- Komandadakı futbolçuların bəziləri ilə tanışam. Onsuz da ciddi dəyişiklik yoxdu, Avropada deyilik ki. Sadəcə hər məşqçinin öz fəlsəfəsi var. Lazım olanları da baş məşqçidən soruşuram. Sağ olsun Adil müəllim (“Zirə”nin baş məşqçisi Adil Şükürov nəzərdə tutulur-red.) öz dəstəyini əsirgəmir. Lazım olan köməkliyi göstərirlər.

- “Zirə”nin qarşısına hansı tapşırıq qoyulub?

- Çempionat təzə başlayanda çoxları düşünürdü ki, “Zirə” Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Lakin hazırda komanda ikinci yerdə gedir. Rəhbərlik tərəfindən təzyiq yoxdu. Demirlər ki, mütləq birinci və ya ikinci yeri tutmalısız. Biz futbolçular aramızda söhbət edəndə deyirik ki, qələbə qazana biliriksə, niyə bunun davamını gətirməyək? Avrokuboklarda çıxış etməyi hər bir oyunçu istər. Buna qədər göstərdiyimiz inamlı oyunu qarşıdakı matçlarda da davam etdirməliyik.

- Lakin “Zirə”nin avrokuboklarda çıxışı hüquqi baxımdan hələlik sual altındadı. Bu məqam komandaya mənfi təsir göstərmir ki?

- Yox, üzərimizdə hər hansı təzyiq yoxdu. Həqiqətən də avrokuboklarla bağlı məsələdə qeyri müəyyənlikdi. Niyə də “Zirə” avrokuboklarda oynamasın? Ümid edirik ki, klub və AFFA rəhbərliyi bu məsələdə bizə kömək edəcəklər.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsən?

- “Sumqayıt” çempionatdakı ən yaxşı kaomandalardan biridi. Bunu hələ “Qarabağ”da oynayanda demişdim. Son dəfə səfərdə onlarla 2:2-lik heç-heçəyə nail olmuşduq. Tam səmimi deyirəm ki, “Sumqayıt”ın uğurlu oyunları hələ qabaqdadı. Samir Abbasov çox yaxşı komanda formalaşdırıb. Bizi Sumqayıtda ən çətin oyunlardan biri gözləyir.

- Əvvəlki klubundan fərqli olaraq, “Zirə” ev oyunlarını süni qazonlu meydanda keçirir. Bu məqam sənin işini çətinləşdirmir ki?

- Futbolçunu karyerasını qısaldan qazonlardı. Süni qazonda oynamaq çətindi. Oyundan sonra bunun əziyyətini çəkirik. Biz də istərdik ki, meydançanın ot örtüyü təbii olsun. Lakin indiki məqamda əldən heç nə gəlmir. Şərtlərə uyğunlaşmalıyıq. Bəlkə gələcəkdə qazon təbii olar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30