20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Xərçəng xəstəliyi olan azərbaycanlı futbolçunun durumuna aydınlıq gəldi

Xərçəng xəstəliyi aşkarlandığı ehtimal edilən Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevin müayinəsinin nəticəsi məlum olub. Futbolxeber.az-ın məlumatına görə, komandanın həkimi Sədrəddin Məmmədov "Report"a açıqlamasında Onkoloji Dispanserdə keçirilən müayinənin nəticəsinin müsbət olduğunu deyib.

Onun sözlərinə görə, futbolçunun dirsəyində olan şiş xoş xassəlidir: "Müayinədən sonra məlum oldu ki, şiş xoş xassəlidir. Müalicəsi davam etdirilir. Ancaq nə vaxt meydana qayıdacağı bilinmir. Son turda "Qarabağ"la oyuna özü də gəlmişdi. Dedi ki, özümü yaxşı hiss edirəm. Rüfət ailənin tək övladıdır, bu səbəbdən də ona dəstək lazımdır".

Qeyd edək ki, R.Musayev AZAL-a "Neftçala"dan transfer edilib. Bir neçə gün əvvəl futbolçunun dirsəyində şiş aşkarlanıb, ilkin diaqnoza görə, onda xərçəng xəstəliyi olduğu məlum olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30