25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Namiq Ələsgərov: “Qəbələ”yə qarşı çox yaxşı mübarizə apardıq"

“Bilirsiz ki, “Qəbələ” çempionatın ən yaxşı komandalarından biridir. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik və buna uyğun da hazırlaşmışdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in yeni futbolçusu Namiq Ələsgərov deyib. Kapazpfc.az saytına açıqlama verən futbolçu Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən “Kəpəz” - “Qəbələ” oyunu (3:0) haqda fikirlərini bölüşüb: “Matça yaxşı hazırlaşmışdıq və bu da nəticədə özünü əks etdirdi. Komandamız meydanda çox yaxşı mübarizə apardı. Çox istəkli idik və şükürlər olsun ki, zəhmətimiz yerdə qalmadı. Qələbə qazana bildik”.

Ələsgərov qış transfer pəncərəsi dövründə “Kəpəz”ə keçib. Yarımmüdafiəçi mövsümün sonuna kimi “Qarabağ”dan icarəyə götürülüb. Gəncə klubuna yeni keçməsinə baxmayaraq komandaya uyğunlaşa bilib: “Komandaya gəldiyim az müddətdir. Yevlaxda təlim-məşq toplanışında iştirak etdim və tezliklə kollektivə uyğunlaşa bildim. Oyunda futbolçularla anlaşmada problem yaranmadı. Heyətdəki uşaqların bəzisi ilə əvvəllər bir yerdə oynamışıq. İstər klub, istərsə də yığma komandalar səviyyəsində. Bir-birimizi yaxşı tanıyırıq. Ona görə də oyunda onları başa düşməkdə çətinlik çəkmədim”.

Gənc futbolçunun “Kəpəz”də debütünün həm özü, həm də komanda üçün uğurlu alınması sevindirici olmaya bilməz. “Sarı-göylər”in heyətində ilk oyunda qol vuran futbolçu qələbədə pay sahibi olub: “Debüt matçında qol vurmağı çox istəyirdim. Yaranan vəziyyətdən istifadə edə bildiyim üçün sevinirəm. Gələcək oyunlarda da fərqlənməyə çalışacağam”.

Namiq “Qəbələ”yə qarşı oyunda “Kəpəz”ə dəstək verən yerli azarkeşlər haqda da danışıb: “Məncə, qazandığımız qələbədə azarkeşlərin rolu, xidməti danılmazdır. Çoxdan idi ki, bu qədər tamaşaçının qarşısında oynamamışdım. Fanatlar həqiqətən də möhtəşəm idilər. Ümid edirəm ki, hər oyun belə olacaq və biz də onları qələbələrlə sevindirməyə çalışacağıq”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30