19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Andrey Popoviç: “Bəli, “Kəpəz”lə oyunda səhvlərim oldu və buna görə çox məyusam”

“Qəbələ”nin qapıçısı Andrey Popoviç Futbolxeber.az saytına müsahibə verib.

- Antalya toplanışı necə keçdi?

- Təlim-məşq toplanışı yaxşı keçdi. Gündəlik məşqlər etdik. Yoxlama oyunlarında gücümüzü sınadıq. Hazırlıq prosesinin yaxşı alındığını söyləyə bilərəm.

- Amma III dövrənin ilk turunda “Kəpəz”ə uduzduz...

- Oyun haqda nə deyim? Məğlub olduq və bu, çox pis haldı. Yaxşı oynamadığımızı düşünürəm.

- Məğlubiyyətin səbəbini nədə görürsən?

- Konkret səbəb göstərmək çətindi. Bir tərəfdən oyunumuza meydançanın durumu təsir göstərdi. Digər tərəfdən də komanda olaraq pis oynadıq.

- Çoxları məğlubiyyətdə sənin böyük “pay”ın olduğunu deyir. Razısan bununla?

- Səhvlərim oldu, bununla razıyam. Bu cür səhvlər buraxdığım üçün özüm də çox məyusam. Mən də istəməzdim ki. belə olsun. Komandama daim kömək etməyi arzulayıram.

- Həm ikinci, həm də üçüncü qolda səhv etdiyini qəbul edirsən?

- Çoxlarının məni tənqid etdiyini bilirəm. Danmıram, səhvlərim oldu. Özüm də bu haqda düşünürəm. Yenə deyirəm, etdiyim səhvlərə görə çox məyusam.

- Səhvlərin səbəbini nədə görürsən?

- Bu suala dəqiq cavab verə bilməyəcəm. Çünki niyə belə alındığını bilmirəm. Amma futbolda bəzən belə uğursuzluqlarla üzləşirsən. Çox məyusam.

- “Kəpəz”lə oyunda buraxdığın səhvlər növbəti görüşlərdə üzərində təzyiq yaratmayacaq ki?

- Ümid edirəm ki. belə olmayacaq. Hazırkı məqamda əsas olan səhvlərdən nəticə çıxarmaqdı. Ümid edirəm ki, bir də belə hal təkrarlanmayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30