28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Oyunu biz udmalıydıq, “Zirə” yox”

“Bu, “İnter”in heyətində ilk rəsmi oyunum idi. “Zirə”yə qarşı çıxışımın normal alındığını düşünürəm”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “İnter”in yeni transferlərindən olan Vüqar Nadirov deyib.

Təcrübəli forvard dünən Premyer Liqanın XIX turunda “Zirə”yə 1:2 hesabı ilə uduzduqları oyunu belə şərh edib: “Oyun demək olar ki, tək qapıya gedirdi. 90 dəqiqə ərzində “Zirə” cəmi 2 hücum qurdu və hər iki halda da qapımıza qol vurdu. Oyunu biz udmalıydıq, “Zirə” yox. Futbolda istənilən nəticə qeydə alına bilər. Bunu faciəyə çevirmək lazım deyil. Hesab edirəm ki, qış fasiləsindən sonra ilk oyun üçün “İnter” kifayət qədər məzmunlu futbol sərgilədi”.

Nadirov turnir cədvəlindəki vəziyyəti də dəyərləndirib: “3 xal qazanmaq istəyirdik. Belədə, nəinki “Zirə”ylə xal fərqini artırmış olardıq, həm də “Qarabağ”a da yaxınlaşardıq. Ancaq nə edə bilərik? Qismətimiz beləymiş. Hər oyunda maksimum nəticə əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik.

Vüqar Nadirov Antalyada hazırlıq keçməyin üstünlüklərini belə ifadə edib: “Hava şəraiti normal qrafiklə məşq etməyə imkan verir. Ümumi şərait də, sparrinq-partnyorların seçimi də Türkiyədə daha münasibdi. Əminəm ki, Antalya toplanışının bəhrəsini görəcəyik. Əsas səbrdi, düşünəm ki, uğurlu nəticələr uzaqda deyil”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31