23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Çingiz Abdullayev: “Maraqlandım ki, həmin pulu FIFA-ya ödəməməyimiz mümkündü?”

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” III dövrəyə qələbəylə başladı. “Sumqayıt”la oyun (1:0) barədə nə deyə bilərsiz?

- Komanda bu gün yaxşı oynadı. Düzdür, cəmi 1 qol vura bildik. Lakin ümumi götürəndə yaxşı çıxış etdik və qələbə qazandıq.

- “Neftçi”nin qış fasiləsindəki hazırlığından razı qaldız?

- Bunu məndən yox, məşqçidən razı soruşmalısız. Mənim fikrim sizə maraqlıdısa, deyim ki razıyam. Komanda fasilədə kubok qazandı, ardınca “Kəpəz”lə yoxlama görüşündə də qalib gəldi. Bu baxımdan hazırlıqdan narazı qala bilmərəm. Lakin inanıram ki, komanda bundan sonra çempionatda daha yaxşı oynayacaq.

- Çempionatda “Neftçi”dən hansı nəticəni gözləyirsiz?

- Heç olmasa, mövsümün sonunda ilk “üçlük”də olmalıyıq. Komandanın məqsədi budur. Düşünürəm ki, “Neftçi” qarşıya qoyulan məqsədə nail olacaq.

- Son zamanlar sizi “Neftçi”nin oyunlarında az-az görürük. Bunun səbəbi nədir?

- Yox, mən həmişə komandanın yanındayam. Siz istəyirsiz ki, Müşahidə Şurasının sədri məşqlərə də gəlsin? (gülür) Bəzən ölkə xaricində oluram və bu səbəbdən komandanın yanında ola bilmirəm. Ölkə xaricində olanda da televiziya vasitəsi ilə “Neftçi”nin oyunlarını izləyirəm. Həm də son 1 ayda fasilə olduğundan “Neftçi” yoxlama oyunlarında gücünü sınayırdı. Rəsmi görüşlərdə hər zaman komandanın yanındayam.

- Emil Mpenzaya görə ödənilməli olan borcla bağlı son durum nədir?

- FIFA bizim əleyhimizə qərar çıxarıb və həmin pulu ödəməliyik. Siz də bilirsiz ki, bu pulu ödəməmək olmaz. Maraqlandım ki, həmin pulu FIFA-ya ödəməməyimiz mümkündü? Dedilər ki, qətiyyən olmaz. Məhkəmə belə qərar çıxarıbsa, mütləq ödəməliyik. Həmin vaxt mən, Müşahidə Şurası “Neftçi”də olmayıb. Biz ümumiyyətlə, Mpenzanı görməmişik. Bu, həqiqətdi. Mən günahı kiminsə boynuna yıxmaq istəmirəm. Qərar çıxarılıb və pulu ödəməliyik. Bu, çox çətindi. Hazırda həmin “Neftçi”yə çox lazımdı. Manata çevirəndə məbləğ bir milyondan da çoxdu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30