19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Səlahət Ağayev: "Bu futboldu, alınmayanda alınmır"

“Sumqayıt”ın qapıçısı Səlahət Ağayev Futbolxeber.az saytına müsahibə verib.

- 2016-cı ilin ilk rəsmi oyununda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduz. Qarşılaşma haqda nə deyə bilərsən?

- Məncə “Neftçi”yə qarşı yaxşı oynadıq. Oyun baxımından rəqibə uduzmadıq.

- Bu, “Sumqayıt”da rəsmi debütün idi. Çıxışından razı qaldın?

- Mənim bu haqda danışmağım yaxşı çıxmaz. Həm də uduzmuşuqsa, deməli yaxşı oynamamışam.

- Sanki “Sumqayıt”ın müdafiəçiləri sabiq komandan “İnter”in arxa xətt oyunçularından fərqli olaraq, sənə çox kömək etmirlər. Həqiqətən belədir?

- Deməzdim. Hər komandanın öz oyun üslubu var. Hazırda karyeramı "Sumqayıt"da davam etdirirəm. Düşünürəm ki, gələn oyunlarda daha yaxşı olacaq. Birinci oyun hər zaman ağır olur.

- Birinci hissədən fərqli olaraq, ikinci hissədə zəif təsir bağışladız. Bunun səbəbini nədə görürsən?

- Komandada hamı əlindən gələnin ən yaxşısını etməyə çalışır. Bu futboldu və alınmayanda alınmır. Hər dəqiqənin öz hökmü var. "Neftçi" əlinə düşən imkandan maksimum yararlanıb, qələbə qazandı.

- “İnter”dən ayrılanda sonra karyeranı xaricdə davam etdirəcəyin gözlənilirdi. “Sumqayıt”a keçməyinə səbəb nə oldu?

- Türkiyədən yaxşı təklif var idi. Mən də istəyirdim ki, ölkə xaricinə gedim. Amma mövsümün ortası olduğu üçün bir qədər çətinlik yarandı. Yayda xaricə yollanmaq istəyirəm.

- “İnter”dəki problemlər yavaş-yavaş həllini tapır. Hazırda həmin klubu tərk etdiyin üçün peşman deyilsən?

- Yox, peşman deyiləm. “İnter”dən kimdənsə inciyib, küsüb getməmişəm. Futbolda qazandıqlarıma görə “İnter”ə borcluyam. Bu komanda mənə çox kömək olub. Amma futbold bir klubdsa daim qalmaq çətindi.

- Sabiq klubundan fərqli olaraq, “Sumqayıt”la avrokuboklara yollanmaq çətindi. Razısan?

- "Sumqayıt" cavan komandadı. Lakin durumda avrokuboklara hansı komandaların gedəcəyi bəlli deyil.

- “İnter”dən ayrıldıqdan sonra geri qayıda bilərdin. Qayıtmamağına səbəb Kamran Ağayevin transferi oldu?

- Yox, belə deyil. Kamran Ağayevin özü ilə də danışdım. Eləcə də “Inter”in qapıçılarla işləyən məşqçisi Cəmaləddin Əliyevlə. Dedi sən qayıtmırsansa, Kamranı gətirək. Mən də dedim qayıtmıram. Yəni, Kamranı məhz bundan sonra komandaya gətirdilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30