25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycanlı futbolçu xərçəng xəstəliyinə tutulub

AZAL-ın müdafiəçisi Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb. Futbolxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu buna görə bir aydır komandanın məşqlərindən kənarda qalıb. Yaxın günlərdə Musayevin əməliyyat olunması planlaşdırılır. Onu həmçinin kimyəvi üsullarla müalicə də gözləyir.

AZAL-ın kapitanı Rail Məlikov açıqlamasında ölkə futbol ictimaiyyətini Rüfətə dəstək olmağa çağırıb: "Komanda ona yardım etməyə çalışır. "Qarabağ", "Qəbələ", "İnter"də çıxış edən futbolçular da ona kömək etməyə söz veriblər. Fikrimcə, bu, bizim borcumuzdur. Arzulayan hər bir kəs ona köməyini göstərə bilər".

Qeyd edək ki, "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov da çoxdan idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Amma o, bu yaxınlarda ağır xəstəliyə qalib gələrək komandanın düşərgəsinə qayıtmağa nail oldu.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30