29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Diniyev: “İnanıram ki, “Qəbələ” ilə oyunda üç xal bizim olacaq”

Həftəsonu Premyer Liqada mövsümün ikinci hissəsinə start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, tur çərçivəsində “Kəpəz” Gəncədə “Qəbələ”ni qəbul edəcək. “Sarı-göylər” qarşıdakı ev oyununda uğurlu nəticəyə köklənib. Kərim Diniyev kapazpfc.az saytına açıqlamasında bunu bir daha təsdiqləyib: “Bütün fikrimiz üç xala yönəlib. Bunun üçün meydanda gücümüzü qoyacağıq. Yaxşı toplanış keçmişik, çempionatla əziyyət çəkib hazırlaşmışıq. İlk oyunda əməyimizin bəhrəsini görmək istəyirik. Nə bacarırıqsa, meydanda göstərməliyik”.

Adətən çempionatın start və qış fasiləsindən sonrakı ilk görüşləri ağır keçir. Komandalar istənilən oyunu göstərməkdə, uğur qazanmaqda çətinlik çəkirlər. Amma Diniyev fərqli düşünür: “Psixoloji cəhətdən heç bir problem olmamalıdı. Çünki baş məşqçimiz biz futbolçuları oyuna yaxşı kökləyib. Qalan amillər özünü oyunda göstərəcək. Düşünmürəm ki, bizim üçün çətin olsun. Həqiqətən də motivasiyamız yüksəkdir”.

“Kəpəz”in cari çempionatda “Qəbələ” ilə ilk iki dövrədəki oyunları səfərdə keçirilib. Birinci görüşdə meydan sahiblərinə uduzan (0:1) Gəncə klubu ikinci dövrədə qələbə (2:1) qazanıb: “Biz uğurlu nəticə qazanmalıyıq, başqa şey haqda düşünmürük. Gəncədə evdə oynayırıq. Üç xalı heç kimə hədiyyə etmək fikrimiz yoxdur. Başa düşürük ki, rəqib Azərbaycanın ən güclü komandalarından biridir. Onlara qarşı layiqli mübarizə aparacağıq. İnanıram ki, üç xal bizim olacaq”.     

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31