24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Xəzər Lənkəran” sabiq milli üzvü ilə anlaşdı, daha 2 futbolçu axtarışına çıxdı

“Xəzər Lənkəran” baxışda olan daha bir futbolçu ilə bağlı qərar verib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, 3 gün öncə “ağ-yaşıllar”ın düşərgəsinə qoşulmuş Asif Mirili baş məşqçi Elbrus Məmmədovun inamını qazana bilib.

Bunu Məmmədovun özü deyib. O bildirib ki, U-19 və U-21 yığmalarımızın sabiq üzvü ilə qısa zamanda sözləşmə imzalanacaq: “Mirili baxışda özünü doğrultdu və onu komandaya götürməyə qərar verdim. Ya bu gün, ya da sabah 1 illik müqaviləyə qol çəkəcək”.

 Asif Mirilidən öncə Tural Cəlilov, Nodar Məmmədov, Ruslan Cəfərov, Orxan Səfiyaroğlu və Vaquf Güləliyevlə güclənən “Xəzər Lənkəran” bununla kifayətlənmək fikrində deyil. Cənub təmsilçisi “transfer pəncərəsi” bağlanana qədər heyətinə daha bir neçə oyunçu qatmaq niyyətindədi.

Məmmədov indiki məqamda komandanın daha çox iki mövqeyində problem olduğunu vurğulayıb: “Futbolçu axtarışındayıq. Xüsusilə 2 mövqeyə yeni oyunçu lazımdı. Hücumçu və dayaq yarımmüdafiəçisi tapmalıyıq. Dayaq yarımmüdafiəsinə təcrübəli futbolçu istəyirəm. Amma başa düşürəm ki, indiki məqamda bunu reallaşdırmaq şansımız 5 faizdi”.

Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsindən sonra çempionatda ilk oyununu bazar günü “Rəvan”a qarşı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30