29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"nin Çempionlar Liqasındakı potensial rəqibləri bəllidi

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubunun turnirdə bütün potensial rəqibləri müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "ağ qaralar"ın artıq hansı səbətdə yer alacağı da dəqiqləşib.

Son Azərbaycan çempionu səpələnmişlər səbətində yer alıb ki, bu da təmsilçimizə nisbətən zəif rəqiblə qarşılaşmağa şərait yaradacaq.

I təsnifat mərhələsində "Streymur" (Farer adaları), “Tre Penne” (San-Marino), “Lusitanos” (Andorra) və “Şirak” (Ermənistan) klubları mübarizə apacaqlar.

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul aralığında, II təsnifat mərhələsinin görüşləri isə 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.

Çempionlar Liqasının II təsnifat mərhələsinin iştirakçı komandaları:

Səpələnmişlər: BATE (Belarus), “Seltik” (Şotlandiya), “Styaua” (Rumıniya), “Viktoriya” (Çexiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Partizan” (Serbiya), “Legiya” (Polşa), “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Slovan” (Slovakiya), “Elfsborq” (İsveç), “Makkabi” (Təl-Əviv, İsrail), “Molde” (Norveç), HİK (Finlandiya), “Ekranas” (Litva), “NEFTÇİ” (AZƏRBAYCAN), “Dinamo” (Gürcüstan).

Səpələnməmişlər: “Jelezniçar” (Bosniya və Herseqovina), “Hafnarfyordur” (İslandiya), “Qyor” (Macarıstan), TNS (Uels), “Ludoqorets” (Bolqarıstan), “Sliqo Rovers” (İrlandiya), “Şaxtyor” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Birkirkara” (Malta), “Kliftonvill” (Şimali İrlandiya), “Vardar” (Makedoniya), “Dauqava” (Latviya), “Nomme Kalyu” (Estoniya), “Fola” (Lüksemburq), “Sutyeska” (Monteneqro), I təsnifat mərhələsinin 2 qalibi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31