24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Zaur Əzizov: “Bəzi futbolçularla razılıq əldə etsək də, onların keçidi rəsmiləşmədi”

“Qəbələ”nin baş meneceri Zaur Əzizov Futbolxeber.az saytına müsahibə verib.

- Pavel Paşayevin “Qəbələ”də qalacağı artıq dəqiqləşib?

- Pavel Paşayevlə hələ rəsmi müqavilə imzalamamışıq. Amma ortaq fikir odur ki, Paşayev bəyənilib. Baş məşqçi onun komandada qalmasını istəyir. Danışıqlar aparacağıq.

- Paşayevin transferi “Qəbələ” üçün vacibdi? Nəzərə alaq ki, bu gün komandada 4 cinah müdafiəçisi var.

- Pavel Paşayev milli komandanın üzvüdü. Biz demirik ki, o gələn kimi əsas heyətdə oynayacaq. Sadəcə, məşqçilər korpusu heyətin geniş olmasını istəyir. Komandamız həm Premyer Liqada, həm də kubokda mübarizəni davam etdirir.

- Hər halda, bu gün “Qəbələ”də daha çox güclənməyə ehtiyac olan digər mövqelər var.

- Bəli, var. Amma futbolçu yoxdu.

- Braziliyalı Emersonun necə, klubdakı taleyinə aydınlıq gəlib?

- Onun transferi perspektivə hesablanıb. Əslində, tam gələcək də demək olmaz. Onun bəzi oyunlarını izləmişik. Böyük klubun yetirməsidi. Düzdür, sonradan karyerasında eniş yaşanıb. Amma bacarıqlı futbolçudur. Roman Qriqorçukla da bu haqda danışdıq.  Onun transferi komanda üçün böyük xərc olmayacaq. Lakin yekun qərar hələ qəbul olunmayıb.

- Transfer pəncərəsinin sonuna hələ bir neçə gün var. “Qəbələ”nin heyətinə yeni futbolçu cəlb etməsi mümkündürmü?

- Çox istərdik ki, heyəti gücləndirək. Bəzi futbolçularla ilkin razılıq əldə etsək də, onların keçidi rəsmiləşmədi. Məsələ o deyil ki, mütləq kimisə heyətə cəlb etməliyik. Sadəcə heyəti gücləndirə biləcək və büdcəmizə uyğun futbolçu axtarsaq da, istəyimizə çata bilmədik.

- Bunda devalvasiyanın rolu oldu?

- Yox, sadəcə axtardığımız kimi futbolçu tapa bilmədik.

- Yəni, devalvasiya “Qəbələ”yə təsir göstərməyib.

- Hələ ki, klub rəhbərliyinin bununla bağlı hər hansı bir göstərişi olmayıb. Planda olan işlərdən heç birini təxirə salmamışıq.  Əslində bu məsələ heç müzakirə də olmayıb. Çünki komanda təlim-məşq toplanışından geri qayıdıb. Qarşıdakı günlərdə hər şey məlum olacaq.

- Təxminən 1 ay əvvəl “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov müsahibəsində bu il “Gabala Cup”un keçiriləcəyini, bir neçə komanda ilə danışıqlar getdiyini bildirmişdi. Plan hələ də qüvvədə qalır?

- Bununla bağlı məndə heç bir məlumat yoxdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30