23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Şahin Diniyev: “Oyun olsaydı, daha yaxşı olardı”

Mövsümün ikinci hissəsi üçün Bakıda hazırlıq keçən “Kəpəz” bu gün yoxlama oyunu ilə toplanışa yekun vurmalı idi. Futbolxeber.az-ın məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən “Ağsu” ilə matç keçirilməyib. Kapazpfc.az saytına açıqlama verən “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev görüşün keçirilməməsinin komandanın hazırlıq prosesinə təsir etməyəcəyini bildirib: “Təlim-məşq toplanışı dövründə bir neçə yoxlama oyunu keçirməyi planlaşdırmışdıq ki, rəqiblərimizdən də biri “Ağsu” komandası idi. Amma qarlı havaya görə oynaya bilmədik. Oyun olsaydı, daha yaxşı olardı. Bu, son olaraq əsas heyəti müəyyənləşdirməyə və futbolçulara yenidən baxmağa kömək edəcəkdi. Mənə elə gəlir ki, yoxlama matçının baş tutmaması bizim hazırlıq planı üçün problem olmayacaq. Hər halda ikitərəfli oyun keçirib, uşaqlara baxdıq. Çempionatın ikinci hissəsinin startına az vaxt qalıb. Sabahdan “Qəbələ” ilə görüşə hazırlığımızı davam etdirəcəyik”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30