29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“5 klub PFL-ə borcunu ödəyib, qalanları Ramin Musayevlə görüşəcək”

“Klublar Komitəsinin bugünkü iclasında 4 məsələ müzakirə edildi. Klubların PFL-ə olan borcu, Premyer Liqanı yayımlayan “CBC Sport”dan gələn vəsait, həmin kanalın turun bütün oyunları yayımlamaq istəyi, aşağı yaş qrupu üzrə ölkə çempionatlarında oyunların başlama vaxtını müəyyənləşdirilməsi və U-17 yığmamızın baş məşqçisi ilə Avropa çempionatı öncəsi görüşmək”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA Klublar Komitəsinin sədri, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib.

F. Hüseynov qeyd edib ki, əvvəldən planlaşdırılan məsələlərin heç də hamısı toplantıda müzakirə edilməyib: “Təbriz Həsənov səhhəti ilə bağlı iclasa qatıla edə bilmədi və həmin məsələ müzakirə olunmadı. Yəqin ki, Təbriz Həsənov növbəti iclasımızda iştirak edəcək. Aşağı yaş qrupları üzrə oyunların vaxtını  həll etdik. “CBC Sport” turun 5 oyununun göstərilməsi üçün matçlar 3 gün ərzində keçirilməlidi. Bu məsələni 90-95 faiz yoluna qoyduq. Yalnız ilk turla bağlı problem oldu. Söhbət fevralın 1-nə “Qarabağ” - AZAL oyununu salmaqdan gedir. Bu günün sonuna qədər həmin məsələ, matçın konkret hansı gündə keçiriləcəyi müəyyənləşəcək”.

Fikrət Hüseynov klubların PFL-ə olan borcu ilə bağlı bunları söyləyib: “Hazırda 5 klub PFL-lə razılıq əldə edib. Onlardan sonuncusu AZAL-dı. Artıq biz borclarımızı ödəmişik. “CBC Sport”un yayımından gələn pulla klublar PFL-ə olan borclarını bağlayacaqlar. Borc məsələsini hələlik “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran” klubları həll etməyiblər. İki gün ərzində, ayın 27-si axşam saatlarına qədər hər klubun rəsmisi PFL-in prezidenti Ramin Musayevlə görüşərək, bu məsələni yoluna qoyacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31