25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəddir

UEFA-nın rəsmi xəbər tərəfdaşı olan StadiumDB tərəfindən hazırlanan sorğuda 15 ölkədən 22 stadion 2015-ci ilin ən yaxşısı adını qazanmaq üçün mübarizə aparacaq. Futbolxeber.az-ın məlumatına görə, sorğu həm ictimaiyyət, həm də münsiflər arasında keçiriləcək. Avropa Oyunlarının açılış, bağlanış və yüngül atletika sessiyalarına, futbol üzrə milli komandanın oyunlarına ev sahibliyi edən Bakı Olimpiya Stadionu dünya səviyyəli idman qurğuları sırasında göstərilir.

Sorğuda səs vermək üçün http://stadiumdb.com/competitions/stadium_of_the_year_2015

linkinə daxil olub ən yaxşı 5 stadionu 5 müxtəlif xal ilə dəyərləndirmək lazımdır. Sesvermə fevralın 19-da bitəcək.

Bu tarixədək 5 ən yaxşı stadionunun seçiləcəyi səsvermədə hər kəs iştirak edə bilər. Hər bir kompüter və mobil telefondan yalnız bir səs qeydə alınacaq. Artıq 10000-ə yaxın futbol azarkeşinin səsvermədə iştirak etdiyi bildirilir.

Ən yaxşı stadion seçilməyin digər yolu isə münsiflərin rəyini qazanmaq olacaq. Münsiflər 5 ən məşhur stadionun memarlarından ibarətdir. Bunlar dünyanın ən görkəmli stadionlarının tikintisində yaxından iştirak etmiş Sezar Azkarate, Kris Dayt, Endru Edc, Dipeş Patel və Joze Ribasdır.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30