20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“İndiki məqamda “Qarabağ”la maraqlanmağın bizə lazım olduğunu düşünmürəm”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi

- Ukrayna "Dnepr"inə qarşı keçirdiyiniz yoxlama oyunu (0:1) ilə bağlı nə deyərdiniz?

- Bizim üçün çox faydalı qarşılaşma oldu. Çox yaxşı komandaya qarşı oynadıq. Adlı-sanlı rəqibdir. Belə rəqiblərlə oynamaq həmişə maraqlı olur. İlk yarıda hava şəraiti oyunumuza bir qədər təsir göstərdi. Küləyə qarşı oynayırdıq. Oyunumuza gəlincə, yaxşı məşq etmişdik və onun bəhrəsini bu görüşdə görə bildik. Toplanış müddətində cəmi üç oyun keçirdik. Futbolçuları ayrı-ayrı mövqelərdə sınaqdan keçirdik.

- Toplanışdan razı qaldınız?

- Birmənalı şəkildə, bəli. Türkiyədəki toplanışımızdan böyük fayda gördük. Bu imkandan yaxşı və ağıllı yararlanmağa çalışdıq.

- Son yoxlama matçının nəticəsi sizi narahat etmədi?

- Məğlub olduq. Amma yaratdığımız qol vəziyyətlərinizi nəzərə alsaq, biz bu görüşdə uduzmamalıydıq. Təəssüf ki, cari mövsüm çempionat oyunlarında da oxşar hallarla az rastlaşmamışıq: çoxlu qol vəziyyətləri yaratdığımız halda, onlardan yararlana bilməyib, xal itirmişik. Aleksey Qayla Sergey Zenyov hətta yüz faizlik qol epizodlarından da artığından yararlana bilməyib.

- Bəs bu aqibətlə mövsümün qalan hissəsində üzləşməyəcəyinizə dair zəmanət var?

- Nə olacağı barədə danışmaq istəmirəm. Ümid edirəm ki, hər şey qaydasında olacaq. Amma bu məqam istənilən halda məni narahat edir. Baxmayaraq ki, İsveçrə "Sürix"i ilə oyunda dörd qol vurmağa nail olduq. Özü də gözəl qollar vurmuşduq.

- Pavel Paşayevlə bağlı nə qərara gəldiniz?

- O, yaxşı oyunçudur. Fikrimcə, bizə köməyi dəyəcək. Bu, klubun yox, mənim şəxsi qərarımdır. Bundan sonrasını isə danışıqlar masası arxasında həll etmək lazımdır.

- Əsas rəqibiniz hesab olunan "Qarabağ"ın qış hazırlığı ilə maraqlanırdınız?

- Oyunları barədə məlumat alırdım, amma matçlarını izləməmişəm. İndiki məqamda bunun bizə lazım olduğunu düşünmürəm. Çünki öz görəcəyimiz işlər yetərincədir. "Qarabağ"ı digər rəqiblərimiz kimi, mövsümün gedişində izləyəcəyik.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30