20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Əsgər Abdullayev: “İndiyə kimi gəlmək fikri olsaydı, gələrdi”

“Təlim-məşq toplanışımız normal keçdi. Proqramımızdan kənara çıxmamağa çalışırdıq. Fasilədə keçirdiyimiz matçlarda hətta sönük oyunlarımız da oldu”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.

“Neftçi”nin çalışdırıcısı komandada baxışda olan Anton Krivotçukun oyununu belə dəyərləndirib: “Onun çıxışını çox bəyəndim. Yaşına uyğun oynamır. Çox sərbəst və sakitdi. Məncə, sona yaxın bir az yorulmuşdu. Amma ümumi götürsək, yaxşı təsir bağışladı”.

Abdullayev bir neçə gündür düşərgədə olmayan qapıçı Miçal Peskoviçin durumuna belə aydınlıq gətirib: “İndiyə kimi gəlmək fikri olsaydı, gələrdi. Ailəsində nə problemi olduğunu dəqiq bilmirəm”.

Təcrübəli mütəxəssis sonda “Heyəti tam komplektləşdirə bilmisinizmi” sualını belə cavablandırıb: “Öz oyunçularımızla nə isə etməyə çalışdıq. Vəziyyəti nəzərə alıb, futbolçularımızı yetişdirmək istəyirik. Nə qədər imkan var, onlara şans vermək istəyirik. Düzdü, gələcəkdə heyətə yeni futbolçular cəlb edə bilərik. Amma hazırda əsas işimiz əvəzedicilərimiz və gənclərimizlədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30