24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Vladimir Korobka: “Kəpəz”də özümü baxışdakı kimi hiss etmirəm”

“Komanda təlim-məşq toplanışında olduğundan müyyən yorğunluq vardı. Bu da oyuna öz təsirini göstərir. Həm də yoxlama oyunlarında nəticə önəmli deyil”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri hazırda “Kəpəz”in düşərgəsində baxışda olan Vladimir Korobka deyib.

“Neftçi”yə qarşı yoxlama oyununda Gəncə klubunun yeganə qoluna imza atan ukraynalı futbolçu, “Kəpəz”də özünü yad kimi hiss etmədiyini vurğulayıb: “Neçə gündür “Kəpəz”in düşərgəsindəyəm. Burda özümü baxışdakı kimi hiss etmirəm. Hamı mənə kömək olmağa çalışır. Komandada çox gözəl ab-hava var. Hər kəs digərinə dəstək olur”.

“Kəpəz”də qalacaqsanmı” sualını 26 yaşlı futbolçu belə cavablandırıb: “Bu haqda düşünmürəm. Çünki mən ilk növbədə öz işimi görürəm. Komandada qalıb-qalmayacağım haqda yekun qərarı məqşçi verəcək. Onun istənilən qərarına hörmətlə yanaşacağam. Azərbaycanda olduğum müddətdə bir neçə komandaya qarşı oynamışam. Amma klubların səviyyəsi barədə nəsə demək çətindir. Çünki hazırda bütün komandalar hazırlıq keçirlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30