25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Robert Prosineçki: “Bu suala necə cavab verim? Axı o işə mən baxmıram”

Hazırda Antalyada olan milli komandamızın baş məşqçisi Robert Prosineçki Futbolxeber.az saytına müsahibə verib.

- Bu gün U-21 yaşadək futbolçulardan ibarət milli komandamızın Ukraynaya qarşı keçirdiyi oyunu (2:1) canlı olaraq izlədiz. Görüş barədə nə deyə bilərsiz?

- Maraqlı oyun izlədik. Komandamızın oyunundan razı qaldım. Namiq Ələsgərov uzun fasilədən, zədədən sonra yaxşı oyun nümayiş etdirdi. Amma təkcə onun yox, bütün komandanın çıxışını bəyəndim. U-21 həqiqətən də gözəl oyun sərgilədi. Rəqibin də güclü olduğunu unutmayaq. Ukrayna millisi ciddi rəqibdi.

- Namiq Ələsgərovun çıxışını qeyd etdiz. Onun “Kəpəz”ə keçməsini düzgün addım hesab edirsiz?

- Namiq ağıllı uşağdı. O hara getdiyini bilir hara gedir. Bu addımı düzgün atdı. Mən onu dəstəkləyirəm. Namiq bu gün Ukrayna ilə oyunda da sübut etdi ki, Azərbaycandakı ən yaxşı futbolçulardan biridi. Əsas millinin formasınlı cəmi 1 oyunda geydikdən sonra zədələndi. Malta ilə matçda da yaxşı təsir bağışlamışdı.

- Artıq bir neçə gündür ki, Antalyadasız. Buradakı klublarımızın hazırlığını necə dəyərləndirirsiz?

- Antalyada hazırlıq üçün şərait əladı. Meydançaların durumu gözəldi. Üstəlik, yoxlama oyunlarındakı rəqiblər də güclüdü. Maraqlı oyunlar izləyirik. “Qəbələ” və “Qarabağ”ın oyunlarından razı qaldım. Digərləri də pis deyil.

- Premyer Liqa klublarının yarısı bu il qış hazırlığını ölkə daxilində keçir...

- Antalyada olmağın üstünlüyü odur ki, yaxşı rəqibləri daha tez tapırsan. Bakıda qalan komandalar da diqqətimizdədir. Onların çıxışlarını köməkçilərim izləyir. Mənə hər gün məlumat verirlər. 5 klub ölkədə qalmağa məcbur oldu. Amma aydın məsələdir ki, Antalyada hazırlıq keçmək daha yaxşıdı.

- Antalyada hazırlıq keçən millinin futbolçularının durumu necədi?

- Onların da vəziyyətindən razıyam. Mütəmadi olaraq məşqləri, oyunları izləyirik. Bildiyiniz kimi, martda milli də burada toplanış keçəcək. Eləcə də Qazaxıstanla qarşılaşacağıq. Maraqlı oyun olacaq. O vaxta qədər çempionat oyunlarını da izləyəcəyik. Ümid edirəm ki, martda Antalyaya optimal heyətlə gələcəyik. Bundan başqa, ölkə xaricindəki futbolçularımızın da çıxışını izləyirik. Dmitri Nazarov bir neçə gün əvvəl “Bavariya”ya qol vurdu. Eddi Israfilov oyundan oyuna artırır.

- Azərbaycan klublarında yaşanan maliyyə problemi sizi narahat edir?

- Mən bu suala necə cavab verim? Axı maliyyə işinə mən baxmıram. Ümid edirəm ki, ciddi problem olmayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30