26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Vaqif Cavadov: “Bu mənim üçün problem olmayacaq”

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə hazırlığını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, komanda Türkiyəyə gəlməmişdən öncə heyətinə 4 yeni futbolçu - Vaqif Cavadov, Səlahət Ağayev, Nicat Muxtarov və Eltun Yaqublunu qatıb.

2006-cı ildən milli komandamızın şərəfini qoruyan Vaqif Cavadov “Sumqayıt” FK-dakı çıxışından danışıb. 26 yaşlı futbolçu Türkiyədə baş tutan təlim-məşq toplanışını dəyərləndirərək keçirilmiş yoxlama oyunları haqqında açıqlama verib: “Artıq bir həftədir ki Türkiyədə təlim-məşq toplanışını davam etdiririk. Hər şey yüksək səviyyədə təşkil edilib. Gündə iki dəfə olmaqla hazırlıq keçirik. Fikrimcə, Antalyaya gəlməyimiz komandanın xeyrinə olacaq. Ölkə daxilində qalsaydıq, yoxlama oyunları baxımından axsayardıq. Burada olduğumuz müddət də üç yoxlama matçı keçirmişik. Qarşılaşdığımız rəqiblər fiziki göstəriciləri yüksək olan komandalardır. Hər üç oyunu üstün oynasaq da, yalnız birində qələbə qazana bilmişik. Dünən məğlub olduğumuz İran çempionu “Sepahan”la görüşdə də uşaqlar baxımlı futbol nümayiş etdirdi, lakin məğlub olduq. Belə qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, çempionatın 3-cü dövrəsinə qədər yaxşı forma yığaq”.

Vaqif Cavadov komandaya uyğunlaşma haqqında suala belə cavab verib: “Uyğunlaşma baxımından heç bir problem yaşamadım. Sadəcə olaraq, baş məşqçinin göstərişi ilə mövqe dəyişikliyini vurğulaya bilərəm. Düşünürəm ki, bu da mənim üçün problem olmayacaq. Baş məşqçi Samir Abasova və komandaya kömək etməyə gəlmişəm. İnşallah mövsümün sonunda komanda yuxarı pillələrdə qərarlaşacaq. Bunun gerçəkləşməsi üçün yaxşı heyətimiz var” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30