25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Sumqayıt" "Sepehan"a məğlub oldu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi son İran çempionu "Sepehan” klubu ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda “Sumqayıt”dan yeganə qolu penalti sonrası 75-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub.

Xatırladaq ki, "Sumqayıt" FK ilk yoxlama oyununda Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib və Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçəyə imza atıb.

Qeyd edək ki, "Sumqayıt" FK Türkiyədə son yoxlama oyununu sabah keçirəcək. Komanda 4 dəfə Rumıniya çempionu olmuş "Petrolul"la üz-üzə gələcək. Həmin oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30