29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Pünik” yenidən biabır olmaqdan qorxduğu üçün “Neftçi” ilə oyundan imtina etdi”

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanovun müsahibəsi

- "Neftçi"nin Birlik Kuboku çərçivəsində Ermənistan "Pünik"i üzərində qazandığı qələbədən (2:0) 11 il ötür. Bu oyunu necə xatırlayırsınız?

- Ermənilərlə futbol meydanlarında təsadüfi hallarda üz-üzə gəlmişik. Rəqibin və oyunun statusunu, üstəlik yanvarın 19-da, bizim üçün çox həssas günə təsadüf etdiyini nəzərə alsaq, qarşılaşma bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. Üstəlik, oyun Rusiyanın paytaxtı Moskvada keçirilirdi. Bu üzdən də oyun bütün keçmiş SSRİ ölkələri üçün maraqla gözlənilirdi. Qələbə qazanmağa borclu idik. Oyun və nəticə göstərdi ki, biz onlardan daha güclüyük. Bu, onlar üçün böyük zərbə oldu.

- Bəzi azarkeşlərin sözlərinə görə, “Birlik Kuboku” elə də populyar turnir deyildi və "Qarabağ"ın Avropa Liqasında uğurlu çıxışı "Neftçi"nin "Pünik" üzərindəki qələbəsindən daha önəmlidir...

- "Qarabağ"ın uğurlu çıxışı təbii ki, çox vacibdir. Amma bu görüşün də öz yeri var.

- Həmin oyunu yadınıza salanda, hansı emosiyaları yaşayırsınız?

- 11 il keçsə də, emosiya hələ də qalıb. Şadam ki, indi həmin oyunu müsbət emosiya ilə xatırlayırıq. “Birlik Kuboku”nu da yada salanda ilk növbədə həmin oyun yada düşür.

- Vidadi Rzayevin sözlərinə görə, qol vurduqdan sonra nəfəs almaqda çətinlik çəkdiyi üçün əvəzlənməsini xahiş edib...

- Emosiya və həyəcan baxımından həmin görüşə çatan hansısa oyun olduğunu düşünmürəm. Şəxsən mənim karyeramda başqa elə bir oyun olmayıb ki, o qədər ciddi köklənim. Çünki düşmənlərimizə qarşı oynayırdıq və başqa cür ola da bilməzdi.

- Oyunun gedişində "Pünik"in futbolçuları ilə dialoqunuz oldumu?

- Əlbəttə, dialoqumuz olurdu. Amma onların heç birini sizə deməcəyəm. Çünki heç biri normal söz deyil.

- Bu oyundakı qələbədən sonra daha bir qələbə qazanmaqla finala çıxsanız da, "Lokomotiv"ə uduzdunuz. Artıq moskvalılarla oyun sizin üçün əhəmiyyət daşımırdı?

- Əlbəttə, vətənə kubokla qayıtmağımız daha yaxşı olardı. Amma həmin turnirdə bizim üçün ən əhəmiyyətli oyunda qalib gəlmişdik. "Pünik"lə oyun bizim üçün elə finala bərabər idi.

- Ondan sonrakı mövsümdə də "Pünik" "Neftçi"yə rəqib oldu. Amma onlar sizinlə görüşməkdən imtina etdilər...

- Bu, normaldır. Onlar yenidən uduzacaqlarını başa düşürdülər. Özlərini niyə yenidən biabır edəydilər ki? Həm də bir il əvvəlki oyunda yaxşı dərs almışdılar.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31