28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”dən Hüseyn Məhəmmədova cavab: “Bir saytdakı yazı ilə kimsə işdən çıxarılmır”

“Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovun Futbolxeber.az saytına müsahibə verib. M. Rəsulov müsahibəsində klubdan uzaqlaşdırılan veteran qapıçı Hüseyn Məhəmmədovun itihamlarına cavab verib. 

- Yəqin ki, “Neftçi”dən uzaqlaşdırılan Hüseyn Məhəmmədovun səsləndirdiyi fikirlərlə tanışsız. Həqiqətənmi veteran qapıçı bir saytda çıxan xəbərə görə vəzifəsindən uzaqlaşdırılıb? Halbuki həmin sayt sonradan fotonun il yarım əvvəl çəkildiyini yazıb. Bu halda klub rəhbərliyi niyə fikrini dəyişməyib? Yoxsa, klubun əlində hansısa başqa fakt var?

- Bununla bağlı Hüseyn Məhəmmədovun müqaviləsində bənd yer alıb. Hər kəs qol çəkdiyi müqavilənin şərtlərinə əməl etməyə borcludu. Qərar verilərkən hərtərəfli araşdırılıb və sonda da qərar verilib. Təkcə bir saytda çıxan yazı ilə kimsə işdən çıxarılmır.

- Onda belə çıxır ki, klubun əlində başqa faktlar var?

- Huseyn Məhəmmədov “Neftçi”nin futbolçusu olub. Bu məsələni ictimailəşdirmək istəmirdik.

- Amma məsələ artıq ictimailəşib.

- Hüseyn Məhəmmədovun əmri yanvarın 4-də verilib. Əgər biz məsələnin ictimailəşməsində maraqlı olsaydıq, bunu həmin vaxt edərdik. Hüseynin özü kluba çağırılıb və qərarın səbəbi ona izah edilib.

- Hüseyn Məhəmmədov haqsızlığa uğradığını, adını ləkələndiyini bildirir. Bu ləkənin üzərindən götürülməsi üçün AFFA prezidenti Rövnəq Abdullayevə, cavab çıxmayacağı halda isə ölkə başçısı cənab Ilham Əliyevə müraciət edəcəyini söyləyib.

- Etsin, problem yoxdu. Bu təkcə Hüseyn Məhəmmədovun yox, hər bir vətəndaşın hüququdu.

- Rəsmi olaraq yanvarın 4-ü iş günü deyildi. Bu halda əmr ayın 4-də necə verilə bilər?

- Biz şənbə günü də işlədiyimizdən ayın 4-ü iş günü idi.

- Hüseyn Məhəmmədovun məsələsini artıq qapanmış hesab etmək olar?

- Dediyim kimi, bu məsələ hərtərəfli araşdırıldıqdan sonra qərar verilib.

- Bəs bu xəbər niyə klubun rəsmi saytında yerləşdirilməyib?

- Məsələni ictimailəşdirmək istəmirdik, bu səbəbdən də həmin xəbəri rəsmi saytda yerləşdirmədik. Ona görə də mən klubun mövqeyini ictimaiyyətə çatdırdım.

- Hüseyn Məhəmmədovun yerinə kim təyinat alıb?

- Emil Babayev.

- Bu seçimdə hansı amillər rol oynayıb?

- Təbii ki, Babayevin məşqçilik keyfiyyətləri.

- Bu sualı əbəs yerə vermədim. Çünki Emil Babayev Dmitri Kramarenkonun kadrı kimi tanınır və Hüseynin yerinə məhz onun gətirilməsi söz-söhbətlərə yol açır.

- Məncə bu, artıq və yersiz sohbətlərdi.

- “Neftçi”də hər hansı klub nümayəndəsinin “Topaz”la bağlılığı olduğu aşkarlansa, həmin şəxs də vəzifəsindən uzaqlaşdırılacaq? Çünki klubda vəzifə tutan şəxslərdən birini “Topaz” məntəqəsi işlətdiyi deyilir və bu məsələ mətbuat tərəfindən araşdırılacaq.

- Faktla sübut olunsa, həmin adam dərhal klubdan uzaqlaşdırılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31