25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Şahin Diniyev: “Bunun xeyrini çempionatda görəcəyik”

“Kəpəz” çempionatın qış fasiləsi müddətində hazırlığını ilk mərhələsini tamamlayıb. Futbolxeber.az-ın məlumatına görə, bir həftə ərzində Yevlaxda fiziki məşqlər üzərində işləyən komanda toplanışa “Qaradağ Lökbatan”a qarşı oyunla yekun vurub.

“Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına təlim-məşq toplanışı və yoxlama matçı ilə fikirlərini bölüşüb: “Təlim-məşq toplanışından çox razı qaldım. Uşaqlar səylə işlədilər, verilən tapşırıqları yerinə yetirmək üçün bacarıqlarını ortaya qoydular. Dünən səhər məşqindən sonra birbaşa Bakıya yola düşdük. Yorğunluq fonunda hazırlığımızın ilk mərhələsini yoxlama oyunu ilə tamamladıq. Birinci divizion klubu ilə görüşdə bütün futbolçulara oynamaq imkan verdik. Oyunçular yorğun idilər, bununla belə meydanda layiqincə mübarizə aparmağa çalışdılar. Yevlax toplanışını təhlil edərkən deyim ki, komanda hər bir cəhətdən tam gücü ilə çalışdı. Bunun xeyrini yəqin ki, çempionatda görəcəyik”.

Sonda qeyd edək ki, komanda üzvləri iki günlük istirahətə buraxılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30