29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

CBC Sportun direktoru dəyişdi!

“CBC Sport” telekanalı bəyanat yayıb. Futbolxeber.az həmin bəyanatı ixtisarlarla təqdim edir:

- Xəbər verdiyimiz kimi, CBC Sport telekanalının baş direktoru İlham Rüstəmovla müqavilə müddəti 6 ay olub və həmin dövr artıq başa çatıb. Bu müddətdə İlham Rüstəmov kanalın infrastrukturunun qurulmasında, efirə çıxmasında, Azərbaycan teleməkanında ilk HD formatda yayımın gerçəkləşməsində, bir çox veriliş və xüsusi buraxılışların hazırlanmasında böyük rol oynayıb.

CBC Sport telekanalı İlham Rüstəmova gördüyü işlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.

CBC Sport telekanalının baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti olaraq Volkan Üst icra edəcək. 20 ildən çox iş təcrübəsinə malik olan bu mütəxəssis Türkiyə, Kanada və bir sıra digər ölkələrdə çalışıb. Türkiyə və İngiltərədə televiziya sahəsində təhsil alan Volkan Üst xeyli məşhur telelayihələrin hazırlanmasında iştirak edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31