25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Onlara bir kapitan kimi məsləhətim odur ki..."

“Uşaqlarda istək, həvəs var. Əlimizdən gələnin artığını etməyə çalışırıq ki, çempionata yaxşı şəkildə başlayaq. Məşqçilər korpusunun tapşırıqlarını artıqlaması ilə yerinə yetirməyə səy göstəririk”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri kapazpfc.az saytına “Kəpəz”in kapitanı Tural Axundov deyib. Təcrübəli müdafiəçi məşqlərin ağır keçməsinə baxmayaraq, əzmlə hazırlaşdıqlarını vurğulayıb: “Gündə iki dəfə məşq edirik. Fiziki yükləmələr var, bu da normal sayılır. Hər bir futbolçu öz üzərində işləməli, daha da artırmalıdır. İlk yoxlama oyununda səhər məşq edib meydana çıxmışdıq. Əlbəttə ki, çətinlik hiss etdik. Amma başa düşürük ki, bu, ümumi işin xeyrinədir”.

Mövsümün ikinci yarısı üçün Yevlaxda təlim-məşq toplanışında olan əsas komanda əvəzedici heyətlə birlikdə hazırlaşır. Hər iki komanda əsasən fiziki çalışmalar üzərində işləyir: “Gənclərin də arzusu elitada çıxış etməkdir, bunun üçün çalışırlar. Məşqlərdə canla-başla işləyirlər. Bir az da bizə baxıb təcrübə qazanmaq istəyirlər. Onlara bir kapitan kimi məsləhətim odur ki, yorulmadan məşq etsinlər, ağır məşqlərdən bezməsinlər. Bunu etsələr, yolları açıq olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30