23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” sabah Almaniya klubu ilə qarşılaşacaq

2015-2016 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, yanvarın 10-dan Antalyada məşq edən “qırmızı-qaralar”ın ilk rəqibi Almaniyanın “Osnabryuk” klubu olacaq. Bu matç Roman Qriqorçukun yetirmələrinin 2016-cı ildə ilk sınağıdır. Ölkə çempionatının 3-cü liqasında çıxış edən bu komanda 1899-cu ildə yaradılıb. Ən yaxşı illərini 2-ci Bundesliqada keçirən komanda 2011-ci ildən 3-cü Liqada mübarizə aparır. Ötən mövsüm 11-ci olan “Osnabryuk” hazırda - 21 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb. Antalyada ilk sınağına 2 gün öncə çıxan Almaniya təmsilçisi İsveçrənin “Vil” komandasını 2:0 hesabı ilə məğlub edib.

2016-cı ildə ilk matçına çıxacaq “Qəbələ” tarixində 76-cı yoxlama oyununa çıxacaq. Əvvəlki 75 qarşılaşmada 34 qələbə qazanan komanda 15 heç-heçə edib və 26 dəfə uduzub. 120 qol vuran futbolçular xarici klublardan 85 top buraxıb. Həmin qarşılaşmalardan 52-si Türkiyə, 8-i Sloveniya, 5-i İngiltərə, 4-ü Hollandiya, 3-ü Avstriya, 1-i Ukraynada baş tutub. 2 görüş isə Qəbələdə keçirilən turnirə təsadüf edib. “Qırmızı-qaralar” indiyədək 1 dəfə Almaniya təmsilçisi ilə yoxlama matçında qüvvəsini sınayıb. 2013-cü ilin əvvəlində Türkiyədə “İnqolşatadt”la üz-üzə gələn komanda 3:4 hesabı ilə uduzmuşdu.

“Qəbələ” - “Osnabryuk” matçı Bakı vaxtı il saat 17:30-da başlayacaq. Görüş “Gloria” məşq meydançalarında keçiriləcək (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30