18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Bəzi səbəblər məni "Simurq"u tərk etməyə məcbur etdi"

"Simurq"un sabiq, AZAL-ın yeni futbolçusu Aleksandr Şemonayev Futbolxeber.az saytına müsahibə verib.

- AZAL-a transferin artıq reallaşıb?

- Bəli, inşallah bu il AZAL-ın şərəfini qoruyacağam.

- Rəsmi müqavilə imzalanıb?

- Hə, imzalamışıq artıq.

- Sözləşmə neçə illikdi?

- Bir illik.

- Hansı səbəbdən komandanı dəyişmək qərarına gəldin? Halbuki daim "Simurq"da əsas heyətdə oynayırdın...

- Mən komandadan getmək istəmirdim. Amma bəzi səbəblər məni buna məcbur etdi.

- Nə məcbur etdi ki?

- İncimə, amma bunu açıqlaya bilməyəcəyəm.

- Yəqin ki, "Simurq" səni heyətində saxlamaq istəyirdi...

- Əlbəttə, onlar da komandada qalmağımı istəyirdilər. O səbəblər olmasaydı, "Simurq"dan getməzdim. Amma yenə də təəssüflənmirəm. Çox şadam ki, AZAL kimi komandanın şərəfini qoruyacağam.

- Təkcə AZAL-dan təklif almışdın? Yoxsa, başqa klublardan da təklif var idi?

- "Rəvan"dan da təklif almışdım. AZAL-la müqavilə bağlamasaydım, yəqin, bir-iki klubdan da təklif olardı. Lakin mən özüm Vaqif müəllimin komandasında oynamaq istəyirəm.

- AZAL-dakı hədəflərin nədir?

- İnşallah AZAL-nan yüksək nəticələr qazanmaq istəyirəm. Vaqif müəllim güclü məşqçidir. İnanıram ki, Vaqif Sadıqovun sayəsində oyunumu daha da yaxşılaşdırıb, milliyə düşməyi bacaracağam.

- Bildiyim qədər, əslən Zaqataladasan və neçə vaxt idi ki, "Simurq"da oynayırdın. Yəni, öz doğma şəhərində. Amma indi paytaxtda məskunlaşacaqsan. Bu baxımdan hansısa çətinliyin olacağından ehtiyatlanmırsan?

- Əgər, Zaqatalada olmusunuzsa, bilrəsiniz ki, mən stadionun yanındakı binada qalırdım. Bakıda da AZAL-ın bazasında məskunlaşacağam. Mənim üçün ən yaxşısı elə bazadı. Belədə daha çox məşq edib, oyunumu yaxşılaşdırmaq imkanım olacaq. İnanıram ki, Bakıda heç bir problemlə qarşılaşmayacağam.

- Əvvəllər "Simurq"da daim əsas heyətdə oynasan da, milliyə dəvət almırdın. İndi AZAL-da oynayacaqsan, daha çox diqqət mərkəzində olacaqsan. Bu məqam milliyə yoluvu aça bilər?

- Mən də elə bu cür fikirləşirəm. İnanıram ki, AZAL-da daim əsas heyətdə oynasam, yəqin ki, milliyə düşmək şansım çoxalar.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30