19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçuk rüşvət qalmaqalı ilə bağlı dindirilib

Ötən ilin noyabrında bəzi KİV-lərdə sabiq FIFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərlə bağlı məsələni araşdırarkən, hazırda "Qəbələ" komandasının baş məşqçisi olan Roman Qriqorçuk da dindirilib. Bu barədə "Report"a AFFA-nın xüsusi komissiyasının üzvü, qurumun İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı oyunun iştirakçıları - baş məşqçilər və hakimlərin hamısı dindirilib: "Hər kəsi dəvət edib, dinləmişik. Onlar öz fikirlərini söylədi. Nəticədə faktlar öz təsdiqini tapmadı və buna əsasən də rəy verildi".

Araşdırmanın gedişatının gizli saxlanıldığını əsas gətirən V.Sadıqov AFFA-nın Hakimlər Komitəsinin hazırkı sədrinin və digərlərinin özlərini hansı əsaslarla müdafiə etmələrini açıqlamaq istəməyib.

Qeyd edək ki, komissiya 2001-ci ildə UEFA Kubokunda "Osiek" (Xorvatiya) - "Dinaburq" (Latviya) oyunu zamanı baş verənlərlə bağlı araşdırma aparıb. Həmin vaxt "Dinaburq"un baş məşqçisi hazırda "Qəbələ"nin sükanı arxasındakı Roman Qriqorçuk olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30