23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Şahin Diniyev: “Futbolçular düzgün yolda olduğumuzu göstərdirlər”

Qış hazırlığı dövründə ilk yoxlama oyununu əvəzedici heyətə qarşı keçirən “Kəpəz”in göstərdiyi oyundan Şahin Diniyev razı qalıb. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi kapazpfc.az saytına açıqlamasında oyun haqda danışarkən belə deyib. Təcrübəli mütəxəssis yetirmələrinin təlim-məşq toplanışındakı zəhmətini müsbət qiymətləndirib: “Demək olar ki, məşq xarakterli oyun idi. Yüksək səviyyədə fiziki işlərin üzərində işləyirik. Ona görə də futbolçuların üstündə sanki yük vardı. Uşaqlar səhər də məşq edib oyuna çıxmışdılar. Hərəsi 35 dəqiqədən ibarət iki hissə oynadılar. Fiziki baxımdan təzyiq altında oyuna çıxsalar da, yaxşı mübarizə apardılar. Mənim əsas istəyim fiziki durumun yaxşı olmasıdır. Futbolçular düzgün yolda olduğumuzu göstərdirlər. İlk üç gündə keçdiyimiz məşqlər komandaya çox xeyir verib. Cinahların oyunu məni lap sevindirdi. Hücumlar zamanı sürəti gördüm”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30