25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Roman Qriqorçuk: "Sözügedən xəbərlər məni xeyli təəccübləndirdi”

“Qəbələ” klubu rəsmi saytı vasitəsi ilə açıqlama yayıb. Futbolxeber.az həmin açıqlamanı təqdim edir:

- Ölkə mətbuatında yer alan bəzi xəbərlərdə baş məşqçimiz Roman Qriqorçukun Azərbaycandakı stadionlarla bağlı fikirləri yayınlanmışdır. Ukrayna və Latviya mətbuatına istinadən verilən xəbərlərdə baş məşçimizin ölkəmizdəki stadionların durumundan narazı olduğu bildirilir. Diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən xəbərlər həqiqəti əks etdirmir və Roman Qriqorçuk stadionlar barədə heç bir mətbu orqana açıqlama verməyib. Məsələ ilə bağlı gabalafc.az-a açıqlama verən mütəxəssis aşağıdakı fikirləri səsləndirdi:

"Sözügedən xəbərlər məni xeyli təəccübləndirdi. Əminliklə deyə bilərəm ki bu məlumatlar həqiqəti əks etdirmir. Əgər həqiqətən də mənim Azərbaycandakı stadionlarla bağlı fikrimi bilmək istəyirsinizsə, bunları deyə bilərəm: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir. Bu mübahisəyə ehtiyacı olmayan faktdır. O ki qaldı ölkə çempionatında çıxış etdiyimizi arenalara, demək olar ki bütün komandaların yüksək səviyyəli stadionu var. Xüsusilə, "Bakcell Arena" mənim çox xoşuma gəlir. Bakıda nəinki stadionlar, ümumiyyətlə, idman arenaları ən xoş sözlərə layiqdir. Bunu burada olan bütün insanlar təsdiqləyə bilər. Məni stadionlarla bağlı narahat edən yeganə məqam bəzi süni örtüklü meydançaların durumudur. Bu da təbii ki, bütün stadionlara aid deyil. Öz stadionumuza gəlincə, kifayət qədər gözəl arenamız var, istədiyimiz tam şərait yaradılıb, infrastruktur  ideal səviyyədədir. Bu məsələni klub rəhbərliyi ilə heç vaxt müzakirə etməmişəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30