20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Dodo: “10 xallıq fərqin aradan qaldırılması mümkündü”

“Cari mövsüm üçün hədəfimiz dəyişməzdi. Çempionatı qızıl medal başa vurmaq iddiasındayıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Dodo deyib.

Hazırda komandası ilə birlikdə Türkiyə toplanışında olan yarımmüdafiəçi Braziliya mətbuatına açıqlama verib.

Dodo kapitanı olduğu “Qəbələ” ilə çempionluq yaşamaq üçün mübarizə aparacaqlarını bildirib: “Düzdü, hazırda liderdən 10 xal geri qalırıq. Lakin sonadək döyüşəcəyik.  Çempion olacağımıza inanırıq. Bu fərqin aradan qaldırılması mümkündü. İstəyimizin mövsümün sonunda gerçəkləşməsi üçün çox çalışmalıyıq. Bu titulun xəyalı ilə yaşayırıq. Kim daha az xal itirsə, istəyinə çatacaq. Bütün fikrimizi oyunlara kökləməliyik. Çempionatdakı fasilədən maksimum yararlanıb, çatışmazlıqları aradan qaldırmalıyıq”.

Qeyd edək ki, Dodo “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçudu.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30