19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Vaqif Cavadov: “Qəbələ”də qalmağın mənası yox idi”

"Sumqayıt"ın yeni transferi Vaqif Cavadovun müsahibəsi

- "Şərurspor"la yoxlama oyununda "Sumqayıt"dakı debüt matçınıza çıxdınız və qol vurdunuz...

- Komandaya yeni qoşulmuşam. Rəqibin kim olmasının önəmi yox idi. Fikrimcə, matça yaxşı başladıq. Bu hazırlıq dövrü komandanın çempionatdakı uğurlu çıxışı üçün çox vacibdir.

- Niyə məhz "Sumqayıt"ı seçdiniz?

- Mövsümə "Xəzər Lənkəran"da başlamışdım. Amma FİFA-nın məlum sanksiyası səbəbindən orada oynaya bilmədim. Çox təəssüf ki, vəziyyət elə alındı. Halbuki, güclü kollektiv qurulmuşdu. Elə olandan sonra "Qəbələ"dən təklif gəldi ki, mən də yaxşı olduğunu görüb, bu komandaya keçdim. "Qəbələ"yə keçərkən bircə hədəfim vardı - oynamaq. Amma belə imkanım çox az oldu. Futbola kənardan baxmaq mənə çətindir. Bu üzdən də orada qalmağın mənası yox idi. Bir neçə variant var idi. Amma mən "Sumqayıt"ı seçdim. Oynayan komandadır. Baxımlı futbol sərgiləyirlər. Oynamaq, yaxşı forma toplamaq üçün bundan yaxşı variant yox idi. Şübhəsiz ki, öz oyunumla komandaya kömək etmək itəyirəm.

- Nə əcəb daha ciddi təkliflər yox idi? Çünki "Sumqayıt" daha çox tramplin xarakteri daşıyır...

- Azərbaycan futbolunda ciddi dəyişikliklər baş verir. Hətta iddialı klublarımız da indi ciddi problemlərlə yaşayır. Ona görə də "Sumqayıt" yaxşı variantdır. Həm də "Qarabağ"dan başqa bütün komandalar demək olar ki, eynidir.

- Deməli, "Sumqayıt"a keçidiniz geriyə addım deyil?

- Bununla razılaşmıram. "Sumqayıt"dan nə qədər futbolçu çıxdığına baxın. Düzgün seçim etmişən. Qalan şeylər vacib deyil.

- Artıq xaricdə oynamaq istəmirsiniz?

- Xaricdə oynamaqdan heç vaxt qorxmamışam. Xaricə gedib oynamağa özümü hər zaman hazır sayıram. Hələ karyeramın sonu deyil. Ümid edirəm ki, yenə də nə vaxtsa xaricdə oynamaq şansı qazanacağam.

- "Qəbələ" karyeranız niyə alınmadı?

- Bunu ən yaxşısı Roman Qriqorçukdan soruşun. Məni niyə çağırdı, niyə oynatmadı, bilmirəm. Mən tərəfdən heç bir probleem yoxdur. Futboldan başı çıxan insanlar mənim nə demək istədiyimi yaxşı başa düşər. Görünür, mənə güvənmirdi. Amma buna baxmayaraq, klub rəhbərliyinə və komandadakı uşaqlara təşəkkürümü bildirirəm.

- "Sumqayıt"dan sonra nə olacaq?

- Zaman göstərəcək. Əvvəlki formamı bərpa etməyə çalışacağam. Mənə sadəcə, oyun təcrübəsi lazımdır.

- "Sumqayıt"da çıxış etməklə millinin baş məşqçisi Robert Prosineçkinin diqqətini çəkmək çətin olmayacaq ki?

- O, dəfələrlə deyib ki, yığmaya həmişə oynayan futbolçuları dəvət edir. Ona görə də mənə öncə klubda yaxşı oynamağım lazımdır. Əvvəllər necə olubsa, bundan sonra da millinin şərəfini qorumağa hazıram.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30