28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

“Sloveniya qrupumuzun ən güclüsüdü”

17 yaşadək futbolçulardan ibarət millimizin üzvü, Almaniyanın “Red Bull Leyspiq” klubunun yarımmüdafiəçisi Murad Mahmudov Futbolxeber.az saytının Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibə verib.

- Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin ikinci turunda millimiz Bolqarıstan üzərində 2:0 hesablı qələbə qazandı. Əvvəlcə həmin oyunla bağlı fikirlərini öyrənmək istərdim.

- Birinci oyunumuzda xal itirmişdik. Buna görə bolqarlara mütləq qalib gəlməliydik. Yarımfinala yüksəlmək üçün mütləq 3 xal qazanmalıydıq. Rəqibdən daha yaxşı oynadıq. Birinci oyundan fərqli olaraq, bu dəfə tam gücümüzlə, əsl komanda kimi çıxış etdik. Hər kəs əlindən gələni etdi ki, qələbə qazanaq. Sonda da istəyimizə çatdıq.

- Birinci hissədə komandamız elə də inamlı deyildi. Fasilədən sonra nə dəyişdi ki, bolqarları bütünb komponentlərdə üstələdiz?

- Daha çox çalışdıq. Anlayırdıq ki, vaxt keçdikcə azalır. Mütləq lazım olan qolu vurmalıyıq. Yekunda 2 qol vurmaqla matçın taleyini həll etdik.

- Bu gün millimiz Sloveniya ilə həlledici oyuna çıxacaq. Qrupda ilk yeri tutmaq şansımızı necə dəyərləndirirsən?

- Sloveniya qrupumuzun ən güclüsüdü. Bununla belə, bizim məqsədimiz yenə də qazanmaqdı. Yarımfinala yüksəlmək üçün bu gün mütləq 3 xal qazanmalıyıq. Rəqib yaşda bizdən böyükdü. Amma bu, heç nəyi dəyişmir. Məqsədimiz bu gün qalib gəlməklə yarımfinala adlamaqdı.

- Digər komandalardan fərqli olaraq, Azərbaycan yığması turnirdə 17 yaşlılarla mübarizə aparır. Sənin isə 16 yaşın var və belədə özündən 2 yaş böyük rəqiblərə qarşı mübarizə aparırsan. Bu məqam sənə hansı çətinliklər yaradır?

- Elə bir problem yoxdu. Yalnız fiziki cəhətdən müəyyən çətinliklər olur. Sürət, texnika və digər baxımdan hansısa bir problem yaşamıram.

- Bu, Azərbaycan millisinin heyətində qatıldığın ilk turnirdi. Komandadakı ab hava necədir?

- Futbolçularla anlaşmamız yüksək səviyyədədi. Məni də yaxşı qəbul etdilər. Komandada vəziyyət çox yaxşıdı. Heç bir problem yoxdu.

- 2014-cü ildə Futbolxeber.az saytına müsahibəndə Almaniya və Azərbaycan milliləri arasında seçim etmədiyini bildirmişdin. Bu gün isə U-17 yığmamızın heyətindəsən. Azərbaycan millisini seçməyinə səbəb nə oldu?

- Bunda mayda Bakıda keçiriləcək Avropa çempionatının böyük rolu oldu. Yığmadan dəvət gəldi və mən də bu dəvəti məmuniyyətlə qəbul etdiım. Çünki Avropa çempionatında oynamağı çox istəyirəm. Belə şans hər adama qismət olmur. Avropa çempionatında forma geysəm, özümdən 1 yaş böyüklərə qarşı çıxış edəcəyəm. Gələcək karyeram üçün bu, böyük təcrübə olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31