19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vəkili Cavid Hüseynova baraət istəyəcək

Sabah Bakı şəhər Prokurorluğuna jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilmiş futbolçu Cavid Hüseynova baraət verilməsi ilə bağlı vəsatət təqdim ediləcək. Futbolxeber.az-ın məlumatına görə, bu barədə lent.az-a  futbolçunun vəkili Adəm Məmmədov açıqlama verib.

Vəkil bildirib ki, bu gün Cavid Hüseynovla görüşüb və cinayət işi ilə tanış olublar: "Cinayət işində bəraət verici əsaslar çoxdur. Buna görə sabah tərəfimizdən Bakı şəhər Prokurorluğuna vəsatət veriləcək. Cinayət işində görünür ki, Cavid Hüseynovun heç bir günahı yoxdur. Telefon danışıqları və “WhatsApp” yazışmalarında Cavid bibisioğluna deyib ki, heç nə lazım deyil. Söhbəti uzatmağa dəyməz”.

Vəkil Cavid Hüseynovun səhhətinin də normal olduğunu bildirib.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.  Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30