29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Təbriz Həsənov: “Layiqli qələbə qazandıq”

"Çətin oyun oldu. Bolqarlar da qələbə qazanmaq istəyirdi. Komandamız bu gün daha yaxşı oynadı. Layiqli qəbələ qazandıq”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin ikinci turu çərçivəsində Bolqarıstana qarşı keçirilən oyundan sonra deyib.

Təbriz Həsənov komandasının istəkli olduğunu qeyd edib: “Bu gün komandam istəkli idi. Uşaqlar qalib gəlməyi çox istəyirdilər. Hər top uğrunda mübarizə aparırdılar. Bilirdik ki, bolqarlar mərkəzdə yaxşı çıxış edirlər. Rəqibin zəifl cəhətlərindən yararlanmağa çalışırdıq. Mən komandadam qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağı tapşırmamışdım. Bunu özləri seçdilər. Müəyyən qədər yorğunluq da var idi. Bu oyun da göstərdi ki, ilk matçdakı gərginliyi üzərimizdən atmışıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31