25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Prosineçki Zidanın təyinatından danışdı

"Benites ilk gündən "Real"ın azarkeşləri tərəfindən qəbul edilmədi. Buna görə də, o, "Santyaqo Bernabeu"da özünü qonaq kimi hiss edirdi". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "goal.com"a açıqlamasında deyib.

Madrid "Real"ında gerçəkləşən baş məşqçi dəyişikliyinə toxunan xorvatiyalı mütəxəssis Zinəddin Zidanın təyinatının doğru qərar olduğunu bildirib: "Bu barədə xəbəri mətbuatdan oxudum. Bir neçə həftə idi ki, Benitesin üzərində güclü təzyiq hökm sürürdü. "Valensiya" ilə 2:2 bərabərlik isə artıq rəhbərliyi dəyişikliklərə əl atmağa vadar etdi. Belədə ilk ağıla gələn baş məşqçi dəyişikliyi olur. Zidanın təyinatı doğru qərar idi. Artıq "Real"a klubun əfsanəsi başçılıq edəcək. Zidan öz dövrünün ən güclü futbolçularından olub.

Onun məşqçi kimi də uğur qazanacağına inanıram. La Liqada çempionluq uğrunda əsas favorit yenə də "Barselona"dır. Ancaq Zidan da nəsə etməyə çalışacaq. Onun üçün "Real"da işləmək çətin olmayacaq. Çünki daha öncə "Real"ın əvəzedici komandasını çalışdırıb. O, əsl döyüşçüdür. Futbolçu kimi "Real"da bir sıra uğur qazanıb. Benitesdən fərqli olaraq onun komanda üzvləri və azarkeşlərlə hər hansı problem yaşayacağını düşünmürəm".

Qeyd edək ki, Prosineçkinin özü də 1991-1994-cü illərdə "Real"da çıxış edib. O, keçirdiyi 55 oyunda 10 qola imza atıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30