19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA-dan açıqlama: PFL klublara qadağa qoya bilməz

Peşəkar Futbol Liqasınının (PFL) prezidenti Ramin Musayevin klublara transfer qadağası barədə açıqlaması müzakirələrə səbəb olub. Futbolxeber.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, ən çox müzakirə olunan isə qurumun bu səlahiyyətə malik olub-olmamasıdır. Çünki PFL də klublar kimi AFFA-nın bir üzvüdür. Belə olduğu halda isə qurum heç bir kluba hər hansı qadağa tətbiq edə bilməz.

Əgər hər hansı bir intizam qərarı olmadan klub yeni əcnəbi futbolçunun sənədləri ilə PFL-ə müraciət etsə və qeydiyyatdan imtina edilsə, bu AFFA-nın nizamnaməsinə zidd olacaq.

AFFA-nın Nizamnaməsindən çıxarış:

Maddə 12 - Peşəkar Futbol Liqası (PFL)

1. PFL, AFFA-nın aşağıdakılardan ibarət olan kişi komandaları arasında keçirilən yüksək yarışların birində iştirak edən futbol klublarını özündə birləşdirən və öz fəaliyyətlərini AFFA-nın təlimatlarına, direktivlərinə, əsasnamələrinə və Nizamnaməsinə əsasən quran hüquqi şəxslərdir.

а) Premyer Liqa;

b) I divizion (və sairə).

2. Bu iki yüksək qrupla əlaqədar hər hansı kommersiya, klublara lisenziya vermə, İntizam , hakimlik, habelə televiziya məsələləri yalnız AFFA-nın səlahiyyətində qalır. AFFA çempionatın keçirilməsi və digər hüquqları PFL-ə onunla bağlanmış müqavilə əsasında verə bilər.

AFFA-nın hüquqşünası Rəmiş Malıyev də sözügedən məlumatı “Qafqazinfo”ya açıqlamasında təsdiq edib. O bildirib ki, PFL klublara qadağanı tətbiq etmək üçün AFFA İntizam Komitəsinə müraciət etməlidir. Yalnız hüquqi müstəvidə bu məsələyə baxıldıqdan sonra belə bir məsələ reallaşa bilər: “Ramin Musayev klubların əcnəbi futbolçulara görə quruma haqq ödəməsindən danışıb. Neçə müddətdir ki, PFL klublara güzəşt edirdi. Ödənişləri gecikdirsələr də, heç bir cəza tətbiq etmirdi və ya AFFA-ya bu barədə şikayət etmirdi. Amma PFL də özü maliyyələşən qurumdur. Onlara da ödənişlər vaxtında edilməlidir. Düzdür, PFL klublara özü-özlüyündə qadağa qoya bilməz, amma AFFA İntizam Komitəsinə müraciət edərək buna nail ola bilər. Federasiyada bu məsələyə baxıldıqdan sonra mümkündür ki, klublara transfer qadağası cəzası tətbiq edilsin”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30