23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Dünyanın ən yaxşı məşqçilərinin sıralaması: Qurbanov 490-cı, Qriqorçuk isə...

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri sıralamasında 490-cı yerdə qərar tutub. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, ağdamlıların çalışdırıcısının aktivində 1238 reytinq xalı var.

Bu mövsüm ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil etmiş digər klubumuzun - “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə sıralamada 606-cı pillədə qərarlaşıb. Onun reytinqi isə 937 xala bərabərdi.

Qeyd edək ki, “World Coach Ranking” son siyahını 2015-ci il dekabrın 28-də açıqlayıb. Bundan əvvəl açıqlanmış siyahıya görə, Qurbanov bir pillə irəliləyib, Qriqorçuk isə olduğu yerdə qalıb.

Ən yaxşı məşqçilərin sıralamasında ilk pilləni “Barselona”nın çalışdırıcısı Luis Enrike (18896 xal) “özəlləşdirib”. İkincilik “Sevilya”da Unay Emeriyə (13198), üçüncü yer isə Xosep Qvardiolaya məxsusdu. “Bavariya”lının aktivində 13021 xal var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30