28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vüqar Nadirov və Kamran Ağayev “İnter”də

Bakının “İnter” klubu daha iki futbolçunu heyətinə cəlb edib. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bunlar milli komandamızın üzvləri Vüqar Nadirov və Kamran Ağayevdir.

Hər iki futbolçu ilə 6 aylıq müqavilə bağlanacağı bildirilir.

Qeyd edək ki, V.Nadirov ötən mövsüm “Qarabağ”dan ayrıldıqdan sonra “Xəzər Lənkəran”a keçib. Klubun transfer qadağası səbəbindən cənub təmsilçisində forma geyə bilməyə 28 yaşlı hücumçu “Qəbələ”yə transfer olunub. Burada şans qazanmayan futbolçu komandadan ayrılıb. K. Ağayev isə ötən mövsümü Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Karşıyaka”da keçirib.

Qeyd edək ki, buna qədər  Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak və Dieqo Martinslə yollarını ayıran “bankirlər”  Mirhüseyn Seyidov, Rauf Əliyev, Fuad Bayramov, Nizami Hacıyev, Ruslan Əmircanov, İlkin Qırtımov, Elnur Abdullayev və Denis Silva ilə müqaviləni yeniləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31