17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qarabağ"ın sabiq futbolçusu Azərbaycana qayıdır

Yayda "Qarabağ"dan ayrılan Muarem Muaremin "Malatyaspor"a keçidi baş tutmayıb. "Report"un "Milliyət"ə istinadən verdiyi məlumata görə, bu barədə malatya klubunun idman direktoru Ali Ravcı açıqlamasında bildirib.

O bildirib ki, razılıq əldə olunan futbolçular təlim-məşq toplanışında komandaya qoşulacaqlar. Ancaq Muarem bu siyahıda yer almayıb. Buna səbəb makedoniyalı yarımmüdafiəçinin Azərbaycan klublarından təklif almasıdır.

Qeyd edək ki, Muarem Muarem "Qarabağ"dan ayrıldıqdan sonra Türkiyənin "Əskişəhərspor" klubunda çıxış edib. Lakin əsas heyətdə yer almaması səbəbindən futbolçu noyabrda komandayla yollarını ayırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30