28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”: Yeni ilə yeni ümidlərlə

Hə­r il dünyada yüz milyonlarla insan yeni ilin gə­lişini qeyd edir, bayram sevincini biri-biri il­ə bölüsür. Bə­s gör­əsən, 2015-ci il “Q­əbələ”nin ­əsas komanda üzvlə­rinin xatir­əsində necə­ qaldı? Futbolçuların gerid­ə qalan ill­ə bağlı düşüncə­l­ərini v­ə gələcək arzuları ilə­ oxucuları tanış etm­ək üçün ilin son günl­ərində onları aradıq.

Roman Qriqorçuk: “Ukraynaya qayıtdıqdan sonra bir neçə gün Odessada oldum. Bundan sonra doğulduğum İvano-Frankovska yollanıb yeni ili doğmalarımla birgə keçirəcəyəm. Latviyada yaşayan qızımın öz planları olduğundan, yeni ili birgə qeyd edə bilməyəcəyik. 2015-ci il mənim üçün çox uğurlu, yaddaqalan oldu. Sıx qrafiklə işlədik, gördüyümüz işlərin nəticəsində yaxşı uğurlar əldə etdik. Ona görə də bu ili birmənalı olaraq aktivə yazıram.

İdmanda nəticə qazanmaq üçün ilk növbədə möhkəm can sağlığı, həm də güclü xarakterin olmalıdır. Mən bunları, həm də özümüzə, həm də hamıya arzulayıram. Yeni iliniz mübarək!”.

Ruslan Abışov: “2015 mənim üçün uğurlu il oldu. Qazandığım medalların sırasına daha birini bu il əlavə etdim. “Qəbələ”nin ötən mövsüm mükafatçılardan biri olacağı çoxları üçün gözlənilməz olsa da, bunu bacardıq. Komandamız tarixində ilk dəfə avroliqanın qrupunda çıxış etsə də, təəssüf ki, mən həmin oyunlarda meydançaya çıxa bilmədim. Hər zaman iddialı klublarda çıxış etmək istəmişəm və “Qəbələ” bunlar sırasındadır. 2016-cı ildə qovuşmaq istədiyim arzular çoxdur. “Qəbələ”ylə çempion titulunu, kuboku qazanmaq istəyirəm. Gerçəkləşdirmək çətin olsa da, buna inanıram. İnanıram ki, 2016-cı il hamımız üçün daha uğurlu olacaq. Şəxsi planda əsas istəyim ailə həyatı qurmaqdır. Mənin üçün ən yaxşı istirahət evdə, ailəmin yanında olmaqdır”.

Rəşad Sadiqov: “Qəbələ”nin qrupa düşməsi həm klub, həm də Azərbaycan futbolu üçün çox gözəl nəticə oldu. Buna görə 2015-ci ili bizim üçün uğurlu il adlandırmalıyıq. Qrupda oynamaq hər futbolçuya nəsib olmur. Mənə isə bu 2-ci dəfə qismət oldu. Növbəti ildə yenə çempionatın mükafatçısı olub, avrokuboklarda uğurla mübarizə aparmağımızı arzulayıram. Premyer Liqada əsas hədəfi miz çempion olmaqdır və bunun üçün var qüvvəmizlə mübarizə aparacağıq. Bu il “Qəbələ”də ilk medalımı qazandım. 2016-cı ildə isə klubla ilk qızıl mükafat qazanmaq istəyirəm. Yeni ili evdə, ailəmlə birgə qarşılayacağam”.

Elvin Camalov: “2015-ci il bizim üçün bir çox cəhətdən əlamətdar oldu. Sözsüz ki, ən yaddaqalan hadisə Avropa Liqasında 4 mərhələ keçərək qrupa düşməyimiz oldu. Mənə Dortmundda “Borussiya”ya, Salonikidə PAOK-a qarşı oynamaq nəsib oldu. Bu, futbol həyatımda ən əlamətdar günlər kimi yadda qalacaq. Bu il “Qəbələ”nin əsas heyətində möhkəmlənə bildim. Akademiyamızın yetirməsi kimi buna nail olduğuma görə xoşbəxtəm. 2016-cı ildə yenidən avrokuboklarda çıxış edib, daha yüksək nəticə qazanmağa çalışacağıq. Yeni ildə “Qəbələ” ilə çempion olmağı və futbolçu kimi oyun səviyyəmi artırmağı arzulayıram. 2016-cı ili doğulduğum Qaxda ailəmlə birgə qarşılayacağam”.

Məhəmməd Mirzəbəyov: “Mənim üçün çox yaxşı keçən 2015-ci ildə 2 klubun şərəfini qorudum. “İnter”lə gümüş medal qazandıqdan sonra “Qəbələ”yə keçdim. Bu, karyeramda irəliyə doğru addım oldu. Çünki yeni komandamla Avropa Liqasının qrup mərhələsinin iştirakçısı oldum. Bu, hər futbolçu üçün böyük əhəmiyyət kəsb edən turnirdir. Belə yarışda çıxış etmək çox faydalıdır. İnanıram ki, 2016-cı ildə də nəticə qazana biləcəyik. Uzun müddətdir ayrı qaldığım ailəmin yanında, Dağıstandayam. İstirahət müddətində bir sıra futbolçularla birgə müqəddəs yer olan Məkkəyə getməyi planlaşdırıram”.

David Pietrzkieviç: “2015-ci il mənim yaxşı il oldu. Ən əsası, mənə doğma olan “Qəbələ”yə qayıtdım. 2016-cı ildə komandamızın əsas qapıçısı olmaq arzusundayam. Təbii ki, yüksək nəticə, çempionluq öz yerində. Həyatda can sağlığı vacibdir və bunu təkcə ailəmə deyil, hamıya arzulayıram. Dostlarıyla, ailəmlə birgə Polşada istirahət edirəm. Yeni ilə də onlarlıa birgə doğulduğum Sanok şəhərində qeyd edəcəyəm”.

Ermin Zets: “2015-ci il mənim yadımda xüsusi olaraq qalacaq. Çünki “Qəbələ”yə gəldim, avroliqada böyük uğurlar əldə etdik. Şəxsi həyatımda da mənim üçün xoş olacaq bir xəbərin intizarındayam. Çünki həyat yoldaşımla övlad gözləyirik. Ümid edirəm ki, 2016-cı il həm karyeramda, həm də şəxsi həyatımda uğurlu olacaq. İstirahətdə paytaxtımız Sarayevoda olacağam. Yeni ili dostlarım, yoldaşlarımla birgə keçirəcəyik”.

Murad MEHMANOĞLU, “Qəbələ IK” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31